Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Binəqədidə 9 evi soyan şəxs saxlanıldı
Tarix: 24-09-2019 | Saat: 12:31
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Binəqədidə 9 evi soyan şəxs saxlanıldı

Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Xeberaz.Az"-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunmuş paytaxt sakini Raci Meybullayev saxlanılıb. 
Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar edib. 
Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polis tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 
Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi RPİ və ya 43-cü Polis Bölməsinə müraciət edə bilərlər.
  • Binəqədidə 9 evi soyan şəxs saxlanıldı


Xəbəri paylaş

4538 dəfə oxunub.

Digər xəbərlər
13-04-2015, 15:11 Sabah qaz problemi olacaq

bütün xəbərlər
____ Instagram ___