Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün "kişilər", o məktəbdən öyrənir evlərinə kamera quraşdırıb halalca arvadlarını çəkməyi… - ETİRAZ
Tarix: 02-01-2022 | Saat: 11:57
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər


"Kim nə deyər bizdə olan qeyrətə,
Qeyrətimiz bəllidir bütün millətə!"

Bəli, yanlış anlamadınız, bu zamanda gündən-günə cılızlaşan qeyrətdən danışacağıq.

Dahi şair Mirzə Ələkbər Sabir öz dövrünün eybəcərliklərini dilə gətirib deyəndə sözlə topa tutulurdu. Onu sevənlər olsa da, sevməyənləri daha çox idi. Heç kim Mirzənin qələminə tuş gəlmək istəmirdi. Gələnlər isə altdan-altdan düşmənçiliklərini davam etdirirdilər.

Mirzə deyidi:

“Biz qoca Qafqazlı igid ərlərik,

Cümlə hünərdmərdlərik, nərlərik,

İş görəcək yerdə söz əzbərlərik,

Aşiqik ancaq quru, boş söhbətə,

Kim nə deyər bizdə olan qeyrətə?!”


Burada Mirzə bu günün klaviatura qəhrəmanlarını nəzərdə tuturdu. O, yaxşı bilirdi ki, "biz" sadəcə danışa bilirik. Yəni əməlimiz yoxdur. Qeyrətimizdən isə bütün millət xalidir. Xeyr, bu gün Mirzə Ələkbər Sabir haqqında danışmayacağam. Bizim qeyrətimizi gözümüzə soxan bu qəzəli ona görə xatırlatdım ki, bu gün cəmiyyətdə baş verən qeyrətsizlik nümunələrinin o dövrdə də olduğunu xatırladım. Bəli, qeyrətsizlik nümunələri…

Biz keçmişi görməmişik. Keçmişi ancaq şeirlər, romanlar, əsərlərlə bilirik. Və Mirzəni oxuyanda bilirsən ki, cəmiyyət o gün də bu gündə imiş. Ötən ilin son aylarında Azərbaycanda 19 yaşlı qızın özünü binadan atması xəbəri gündəm oldu. Qız öncə hansısa görüntülərinin yayılacağı ilə hədələnmiş, daha sonra onun görüntüləri sosial hesablarda yayımlanmışdı. Bəli, buna görə də 19 yaşlı qız canından oldu. Bunu edən "qəhrəman" isə 17 yaşlı bir “kişi”dir. Qızın telefonunu ələ keçirib və onun telefonundakı şəxsi görüntüləri əldə edərək yayımlayıb. Çünki bilirdi ki, ölkədə hədə-qorxu artıq dəb halını alıb. Və düşünürdü ki, əgər müğənnilər, jurnalistlər, hansısa ictimai fəallar, hansısa siyasilərin qızının özəl görüntüləri sosial şəbəkədə yayımlanıb cəzasız qalırsa, o da cəzasız qalacaq.

Bəli, bu gün Azərbaycanda çox insanların özəl həyatı ilə bağlı məlumatların sosial şəbəkələrə, KİV-lərə yayılması artıq ənənə şəklini alır. İnsanları vurmaq üçün xüsusi qurumlarmı deyim, şəxslərmi deyim, hər kimsə, onlar özlərini yaxşı tanıyır və biz də onları yaxşı tanıyırıq.

Bu yerdə Mirzə belə deyirdi:

“Bizdə görünməz nə fəsadü nifaq,

İşləmədə bir-birimizdən qoçaq,

Bax, budur islamı gətirrik qabaq;

Böyləcə xidmət olunur millətə,

Kim nə deyər bizdə olan qeyrətə?!”…


Qeyrətimizi alçaldanlar, özəl görüntülərimizi mediaya, sosial şəbəkələrə sızdıranlar bəlkə qeyrəti Mirzənin bu qəzəlindəki kimi təsəvvür edir. Bəlkə də heç qeyrətin nə olduğunu bilmirlər. Yadımdadır, Azərbaycan ağsaqqalı vicdanın nə olduğunu bilmirdi. Bəlkə özəl həyatımıza soxulub, bizi əxlaqsız və ya pozğun "göstərmək" istəyənlər də qeyrətin nə olduğunu bilmir?!

Mirzə deyir :

“Bir işə min hummətimiz var bizim!

Bax, necə cəmiyyətimiz var bizim!”

Daha sonra isə həmin qəzəldə əlavə edir:

“Hansı məkatib ki, onu açmadıq?”


Bu gün Azərbaycanda insanların özəl həyatını ortaya qoyan gizli bir məktəb var. Və bu gün cəmiyyətin sıravi vətəndaşları da o məktəbdən öyrənir, bəhrələnir. Qadına zorakılıq hallarının artdığını deyirik. Bu gün "kişilər", o məktəbdən öyrənir evlərinə kamera quraşdırıb halalca arvadlarını çəkməyi… Bu gün "qeyrətlilər" əlinin çatmadığı qadını bu məktəbin üsulu ilə alçaltmağa çalışır.

Bu gün gözəgörünməz bu məktəb insanların özəl görüntüləri ilə onları idarə etməyə çalışır. Kimisə əxlaqsız çıxarıb, guya qınağa tuş gətirirlər. Kiminsə yatağına kimisə salıb, sonra videosunu çəkirlər. Hər nədirsə, etdiyiniz Mirzənin qəzəllərinə uyğundur.

Sosial şəbəkədə hüquqşünasların qrupu var. Bu məktəbin müəllimləri və direktoru, bir o qrupa göz gəzdirin. Baxın, nə qədər qız-qadın hədəfə alınır. Bu isə, sizin məktəbin tələbələrinin işidir. Sizin xüsusi istək və arzularınız bu gün cəmiyyətə zərər vurur. İnsanlar özəl həyatını yaşaya bilmir. Nə qədər gec deyil, bu məktəbin fəaliyyətini dayandırmaq lazımdır. Əks təqdirdə, bir gün siz tələbələrinizin şikarı ola bilərsiniz…

Azərbaycanın qadınlarına hörmət edin. Axı, niyə kiminsə yatağı sizin üçün bu qədər maraqlı olmalıdır?

Eh, ay Mirzə, kaş sağ olaydın. Əminəm ki, bu məktəb üçün ayrı bir qəzəl yazardın...

İlahin, Bizimyol.info


Xəbəri paylaş

4868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___