Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Zəngəzur, Göyçə və İrəvan...” – İrəliləyəcəyik!
Tarix: 14-07-2021 | Saat: 20:14
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər


Bu gün Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində iştirak edib. Ölkə başçısı mərasimdəki çıxışı zamanı möhtəşəm açıqlamalar verib.
Cənab Prezident qeyd edib ki, bizim doğma torpağımız Zəngəzurdur, Göyçə mahalıdır, İrəvandır:

“İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır.

Biz tarixi unuda bilmərik. Kiminsə siyasi maraqlarının girovuna çevrilə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur”.

Ölkə başçısının tarixi açıqlamasını dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli vurğulayıb ki, Prezidentin bu söylədiklərindən sonra müəyyən dəyişikliklər olacaq:

“Cənab Prezident bu gün son baş verən proseslərə münasibətində bəzi məqamlara toxundu. İlk növbədə kommunikasiyaların açılması gecikdirilir, ikincisi, demarkasiya prosesinə zərbə vurulur, üçüncüsü, bütövlükdə Azərbacanın suverenliyinə növbəti dəfə ermənilər tərəfindən qəsd edilir. Bu, həm də sülhməramlıların gözü qarşısında baş verir.

Cənab Prezidentin belə addım atmasının arxasında isə məhz bu səbəblər dayanır: ilk olaraq tarixi haqqımız var. Biz İrəvana gedirik, oralar tarixi torpaqlarımızdır. Prezident həmçinin Qarabağ məsələsinə istinad edib bunun bütövlükdə siyasi leksikondan çıxarılmasını ifadə edir. Beləliklə, artıq hədəflərimizin Zəngəzur, Göyçə və İrəvan olduğunu qeyd edir”.

Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycan əlindəki hərbi, iqtisadi və siyasi imkanlardan minimum istifadə etməkə ərazi bütövlüyümüzü bərpa etmiş oldu:

“Həmçinin Qarabağ problemini böyük ölçüdə həlli etmişik. İşğal altında olan ərazilərimizin 75 faizini ordumuzun gücü ilə düşmən tapdağından qurtarmışıq. Yerdə qalan torpaqlarımızda isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazi var. Bundan sonra doğma torpağımız olan Zəngəzurdan kommunikasiyalarımız keçməlidir. Qədim Azərbaycan torpağı Göyçə, qədim şəhərimiz isə İrəvandır. Artıq bunları ölkə başçısı gündəmə gətirməklə, siyasi tezislərin əsas arqumenti kimi ortaya çıxartmaqla siyasətin daha geniş üfüqlərə vardığını ifadə etdi. Bundan sonra öz tarixi sərhədlərimizə doğru irəliləyəcəyik”.
 


Xəbəri paylaş

4688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___