Ailəli bacısını başqa kişi ilə mesajlaşan yerdə tutdu və... — Şamaxıda qətl
Tarix: 04-04-2019 | Saat: 12:27
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Bacısını boğaraq öldürməkdə təqsirləndirilən Şamaxı şəhər sakini, 1977-ci il təvəllüdlü Rafail Yolçuyevin Ali Məhkəməyə müraciət edib.
"Xeberaz.Az" "Ölkə.Az"a istinadən xəbər verir ki, təqsirləndirilən Rafail Yolçuyevin müraciətinə may ayının 15-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
Qeyd edək ki, 2017-ci ilin yanvarın 3-də Rəfail Yolçuyevin bacısı Yasəmən Arzuxanovanın əri İntiqam Arzuxanov ona zəng edərək bacısının əxlaqsız hərəkətlər etdiyini, mobil telefon vasitəsilə tanımadığı kişilərlə danışdığını və buna görə bacısını boşayacağını deyib.
Bundan sonra Rəfail bacısı Yasəmən Arzuxanovanın əri və üç övladı olduğu halda, əxlaqsızlıq etməsi, onun başqa kişilərlə danışması və görüşməsini aşkara çıxarıb.
21 yanvar 2017-ci ildə bacısını söhbət etmək üçün müvəqqəti məskunlaşdığı Bakıdan Şamaxıda yerləşən öz yaşadığı evə dəvət edib. Rəfail Yolçuyev yanvarın 23-də, səhər evdə heç kimin olmadığı bir vaxtda bacısının yatdığı otağa daxil olub. Bu zaman o, Yasəmən Arzuxanovanın yarım oturulu vəziyyətdə əlində telefon olduğunu görüb və onun başqa kişilərlə yazışdığını güman edib. Rəfail Yolçuyev bacısına “bəsdir də, sən hələ də ağıllanmırsan, səhər tezdən kimlə yazışırsan”, - deyə bildirib.
Bu zaman Yasəmən qardaşına kobud tərzdə cavab verib. Rəfael əsəbiləşərək çarpayıda oturan bacısını boğaraq öldürüb.
Rəfail Yolçuyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum olunub.
Xəbəri paylaş
3548 dəfə oxunub.
Digər xəbərlər

19-07-2018, 10:49
Bakıda faciəvi şəkildə ölən Nərgizlə bağlı YENİ XƏBƏR - FOTO
8-10-2018, 16:06
Yığmamız Çinə uduzdu
2-06-2022, 15:35
Bakıda ərəb turist evdə görüşdüyü qızı döydü
31-01-2016, 00:55
“Sabiq nazir müavini vəfat etdi
7-04-2015, 19:31
Vergilər Nazirliyi 23 nəfəri həbs edib
11-05-2020, 10:24
Rusiya-Türkiyə-İran razılaşıb: Əsəd devrilir? - Açıqlama
14-08-2017, 16:46
Narkoman 8 yaşlı oğlanı zorladı - MİNGƏÇEVİRDƏ
19-02-2016, 22:56
PKK-nın türk hərbçilərinə xaincəsinə hücumu - ŞOK VİDEO
9-12-2016, 16:42
Azərbaycandakı dəhşətli qəzanın VİDEOsu yayıldı
24-02-2020, 09:56
Səhiyyə Nazirliyindən koronavirusla bağlı VACİB AÇIQLAMA