Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu BU TARİXDƏN tələb olunacaq
Tarix: 22-06-2021 | Saat: 10:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Azərbaycanda iş və xidmət sahələrində COVID-19 pasportu iyulun 1-dən deyil, avqustun 1-dən tələb olunacaq.
Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarında müvafiq dəyişiklik edib.
Qüvvədə olan qərara əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaqdı. Dəyişikliyə əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunacaq.


Xəbəri paylaş

4148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___