15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır
Tarix: 05-05-2019 | Saat: 16:15
Bölmə:M / Karusel / İqtisadiyyat / Həftə-Reytinq | çapa göndər
"15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir". ONA-nın məlumatına görə, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Kürdəmir rayonunda "Uşaq əməyinin istismarının qarşısının alınması" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirici tədbirdə vurğulanıb.
İşəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Tədbirdə uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə, əmək münasibətləri sahəsində uşaq hüquqları barədə iştirakçılara geniş məlumatlar verilib. "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzusundan da bəhs olunub. Əmək münasibətlərinə daxil olan hər bir şəxslə ilk növbədə əmək müqaviləsi bağlamağın vacibliyi, əmək müqaviləsinin işçinin əmək və sosial təminat hüquqları üçün əsas yaratdığı diqqətə çatdırılıb.
Xəbəri paylaş
5428 dəfə oxunub.
Digər xəbərlər

7-02-2018, 18:21
“Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti daha 3 ay uzadılıb
30-01-2017, 19:28
Təcridxanaya telefonu belə keçirmək istədilər - Foto
27-06-2023, 14:08
"100 qram içib anamı bu hərəkətinə görə yumruqladım" - Cəlilabadda...
22-06-2021, 11:39
Uşaqlara da korona vaksini vurulacaq? - ÜST açıqladı
19-12-2015, 17:29
"Qıza görə 10 min"in PƏRDƏARXASI
28-04-2015, 15:55
Elza Seyidcahanın yeni şeiri: Zad qalmışam
13-06-2020, 11:38
Millət vəkili "Qurtuluş Günü" ilə bağlı seçicilərinə təbrik ünvanladı
11-12-2015, 10:36
Cinsi xəstəliklərdən bu cür qorunun - YOLLARI
11-10-2016, 00:03
Gürcüstanda 4 azərbaycanlı deputat mandatı qazanıb
29-10-2016, 22:45
KLASSİK GEYİMLİ, CİDDİ OBRAZLI ÖMƏR MƏMMƏDLİ – FOTOSESSİYA