Gürcüstanda 4 azərbaycanlı deputat mandatı qazanıb
Tarix: 11-10-2016 | Saat: 00:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Gürcüstanda keçirilən parlament seçkilərində 4 nəfər azərbaycanlı deputat mandatı qazanıb.
"Xəbəraz.az " AZƏRTAC-a istinadən bildirir ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faizinin səslərini toplayaraq deputat mandatı qazanıblar.
Ölkənin əsas ana müxalifəti sayılan "Vahid Milli Hərəkat" partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, artıq bülletenlərin 99 faizindən çoxu sayılıb və ilkin hesablamalara görə, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib. "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası 48,65 faiz, "Vahid Milli Hərəkat" Partiyası 27,11 faiz, "Gürcüstan Vətənpərvərlər Alyansı" isə 5 faiz səs toplayıb. Əsas müxalifət partiyalarından olan "İrakli Alasaniya-azad demokratlar" partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.
Gürcüstan MSK-nın məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı - Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura birinci turda ən çox səs toplamış iki namizəd buraxılır.
Beləliklə Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

5-04-2016, 10:40
Elmar Məmmədyarov İrana gedib
24-03-2017, 11:56
"Ziya Məmmədovla bağlı məndən heç nə soruşmayın" - Qardaşı
18-04-2017, 13:13
Həmişə cavan və gözəl görünmək üçün-BUNLARI EDİN
4-03-2016, 15:48
Dünyanın ən sirli küçə rəssamı
8-07-2016, 23:42
Miri Yusifin xanımı: “Bütün qadınlar kimi mən də dözməliyəm”
7-03-2016, 13:38
Bakıda əhalinin ən çox məskunlaşdığı ərazilər - SİYAHI
12-07-2021, 11:20
Paranoid şizofreniya xəstəsinin pensiyası kəsildi - Həkimlər qənatə gəliblər ki, xəstə sağala bilər - VİDEO
1-11-2018, 10:38
Həbsxanadakı “kedicik” məktub yazdı: “Yeganə günahım sevməkdir”