Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili "Qurtuluş Günü" ilə bağlı seçicilərinə təbrik ünvanladı
Tarix: 13-06-2020 | Saat: 11:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Aktual | çapa göndər

Millət vəkili "Qurtuluş Günü" ilə bağlı seçicilərinə təbrik ünvanladı

Milli Məclisinin deputatı Ağalar Vəliyev Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə seçicilərinə təbrik ünvanlayıb. Təbrikdə deyilir :                                                                                                                                 
Hörmətli seçicilər! Sizi - 97 saylı Goranboy - Ağdam - Tərtər Seçki Dairəsinin seçicilərini 15 iyun - Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı çatdırıram. 
Doğma Azərbaycanımızın ən əlamətdar günlərindən biri olan  15 iyun xalqımızın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin banisi, Ulu Öndərimiz  Heydər Əliyevin adı ilə bağlıdır.
Çağdaş tariximizdə müstəsna yeri olan Ümummilli Liderimiz azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi öz müdrik siyasəti, dönməz əqidəsi və dahiyanə uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirmiş, müasir Azərbaycan dövlətinin qurulmasma və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur.
Dahi siyasətçi Heydər Əliyevin əsasını qoyduğu  ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son 17 il ərzində dünyanın qlobal çağırışlarına uyğun olaraq uğurla  davam  etdirilməsi Azərbaycanı  Avroatlantik  məkanda  mühüm  strateji  mərkəzə, Cənubi Qafqaz regionunun  liderinə,  sürətlə  tərəqqi  edən, beynəlxalq aləmdə böyük  nüfuzu olan, transmilli layihələri  reallaşdıran və mötəbər tədbirlərə  ev sahibliyi edən qüdrətli dövlətə çevirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin tarix baxımından qısa zaman kəsyində
müasir həyatımızın bütün sahələrində qazandığı yüksək nailiyyətlər sözün həqiqi mənasında möhtəşəmdir. Bu gün hər bir azərbaycanlı bu misilsiz uğurlarla fəxr edir və  haqlı olaraq öz dövləti ilə qürur duyur. 
  • Millət vəkili "Qurtuluş Günü" ilə bağlı seçicilərinə təbrik ünvanladı


Xəbəri paylaş

4918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___