Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Binəqədidəki 300 saylı Məktəbin tikintisində Şirkət adı niyə gizlədilir?...
Tarix: 04-04-2019 | Saat: 12:36
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Xəbəraz TV / Reportaj | çapa göndər

Orta Məktəb bir təhsil pilləsi  olaraq hər zaman dövlətin də nəzarətində xüsusi yer tutur.  Burada təhsil alan minlərlə şagirdlərin və fənləri tədris edən   çoxsaylı pedoqoji heyətin ikinövbəli dərs sistemi daim diqqət mərkəzində olur. Lakin çox təəssüf hissilə qeyd etmək məcburiyyətindəyik ki, Bakı şəhər Binəqədi Rayon Biləcəri qəsəbəsində yeni inşa olunmuş 300 saylı Orta məktəbində bu qeyd etdiyimiz nəzarət və diqqət müəmmalı formadafır. Başqa sözlə dırnaqarası razılaşmalar çərçivəsindədir. Belə ki bu məktəbdə yaranmış şagird sıxlığına görə əlavə tədris korpusu tikilməkdədir. Burada olarkən bir sıra maraq doğuran xoşagəlməz hallarla rastlaşdıq. İlk öncə ifşa olunacaq bir sıra maliyyə pozuntularından ehtiyat edən bir qrup şəxs çəkiliş qrupumuzun burada aparacağı sorğuya mane olmaq istədi.  Hətta kobud da davranış nümayiş elətdirdilər.Lakin bu dırnaqarası istəklərinə nail ola bilmədilər.  Üzərində daşıdığı adını belə  gizlədən, sonradan isə fəhlələrdən birinin anonimliyi saxlanılaraq bizə o rəhbərin Namiq adlı şəxs olduğunu bildirdi. Bu şəxs bizim bu tikinti inşa işlərinin hansı şirkət tərəfindən aparıldığına dair heç bir açıqlama da vermədi. Bu isə hərşeyin artıq "nə"-dən ibarət olduğuna bir mesaj idi: Deməli bucür gizlətmə hallarının arxasında ilk öncə buraya cəlb olunan işçilərin əmək müqaviləsiz halda işlədilərək vergi ödəmələrindən də yayınması deməkdir. Daha sonra, inşası bitdikdən sonra istifadəyə verilən inzibati binada tədris zamanı  Tikinti norma qaydalarının pozulması nəticəsində baş verə biləcək dağıntı və uçqun və bunun fövqündə də xəsarət alıb məhv ola biləcək soydaşlarımız necə sığortalanmış olur? Deməli bütün bu qeyri-leqallığı əks etdirən hallara görə gələcəkdə baş verə biləcək bədbəxt hadisəni məsuliyyət hissi olaraq heç kim öz üzərinə götürmür. Bu isə öz-özlüyündə ciddi qanun pozuntusu anlamını ortaya çıxarmaqla AR. Cinayət məcəlləsinin 162, 314 və digər  maddələrin tövsifini zəruri etmiş olur.
İnanırıq ki, bu təqdim edəcəyimiz videoçarxda da əks olunanlara qısa zaman kəsiyində dövlət qurumlarənı hərəkətə keçirərək bir həyəcan təbilini çalacaq!  Ən maraqlı an da ondan ibarət oldu ki, bu baş verənlərlə bağlı məktəb direktoru da hər hansı bir açıqlama və ya fikir bilfirməkdən açıq-aşkar ehtiyyat elədi. Sonda isə bir daha bu vəzifəli şəxslərin nəzərinə çatdırıq ki, əməli saleh olan şəxs tutduğu mövqeyindən , vəzifəsindən asılı olmayaraq medianın ona uzanan kamera -mikrafonundan qaçmaz! Əgər qaçırsa, demək onun həmin vəziyyətdə hansı çirkabın içində olduğu bəlli bir məsələdir!
Mövzunu diqqətdə saxlayırıq.

Xəyyam Ayətoğlu.
Video Baxmaq üçün bura tıkla
video=https://youtu.be/_cqWnFi2w5g]


Xəbəri paylaş

9688 dəfə oxunub.

Digər xəbərlər
17-10-2016, 10:50 Neft cüzi ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___