Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İmişlidə lombard sahibi vətəndaşların qızıllarını götürüb aradan çıxıb - VİDEO
Tarix: 16-06-2021 | Saat: 12:18
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


İmişli və rayonun Çaxırlı kəndinin bəzi sakinləri lombard işlədən şəxsdən şikayətçidirlər. Onlar faizə götürdükləri pulu ödəyib qurtarsalar da, lombarda qoyduqları qızıllarını geri ala bilmədiklərini deyirlər.
Sakinlər iddia edirlər ki, rayon mərkəzindəki lombard işlədən kreditor Yaqub Əliyev onlara külli-miqdarda ziyan vurub. Bu şəxslərin hər biri müxtəlif vaxtlarda həmin lombarda qızıllarını girov qoyaraq pul götürüblər. Onlar götürdükləri pulu tam ödəyiblər, amma qızıl-zinət əşyalarını geri ala bilmirlər.  
Minlərlə manat dəyərindəki qızıllarından olan zərərçəkən şəxslər aidiyyəti qurumlardan onlara kömək göstərilməsini istəyirlər.
Çəkiliş zamanı sakinlərin qızıllarını təhvil verdikləri ofisə getdik. Məlum oldu ki, həmin lombard 1 ildən çoxdur fəaliyyət göstərmir. Yerində bərbərxana və çay evi açılıb.
Kreditor Yaqub Əliyev ilə əlaqə saxlamağa çalışsaq da, telefon işlətmədiyi məlum oldu.
Hüquqşunaslar bildirirlər ki, belə halda zərərçəkmişlər məsələ ilə bağlı məhkəməyə müraciət etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Xəbəri paylaş

3038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___