Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
O, Bakı şəhər meri vəzifəsinə hazırlanır?
Tarix: 27-07-2018 | Saat: 14:39
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Eldar Əzizovun prezident sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətini başçısının müavini təyin edilməsi onun yaxın günlərdə mer vəzifəsinə gətiriləcəyi barədə ehtimallara yol açıb.

"Xəbəraz.az " xəbər verir ki, ilk günlər E.Əzizovun Bakı merinin səlahiyyətlərini icra etdiyi üçün I müavin təyin edildiyi barədə məlumat təsdiqlənmədi. Meriyanın rəsmi saytında E.Əzizov başçının müavini kimi təqdim olunub. Lakin onun hazırda meri əvəz etdiyi təsdiq edilib.
Həmçinin meriyanın rəsmi saytında da uzun illərdən sonra edilən dəyişikliklər diqqəti çəkib. Belə ki, Bakı ŞİH-in nadir hallarda yenilənən rəsmi saytında E.Əzizov gəldikdən sonra xeyli dəyişiklik müşahidə olunur. 17 il Bakı ŞİH-in başçısı vəzifəsini yerinə yetirən Hacıbala Abutalıbov baş nazir olduqdan sonra adı rəsmi saytdan çıxarılmasa da, E.Əzizovun icraya gəlməsilə rəsmi saytdan keçmiş merin adı silinib.
Bundan başqa, başçının müavinləri bölməsində təkcə yeni müavin təyin edilmiş E.Əzizov haqqında geniş məlumat yerləşdirilib, digər müavin Fidumə Hüseynova haqqında heç bir məlumat yer almayıb.
E.Əzizovun bu struktura yad olmadığı, 2003-cü ilə qədər Bakı meriyasında çalışdığı, daha sonra isə ölkənin ikinci şəhəri də daxil olmaqla, icra başçısı kimi çalışması və özünü doğrultması onun Bakı meri vəzifəsinə əsas namizəd olması ehtimalını gücləndirib.


Xəbəri paylaş

7668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___