AZƏRBAYCANLI MODEL “VƏTƏN- ANADIR” – FOTOLAYİHƏSİNDƏ
Tarix: 28-02-2017 | Saat: 10:31
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
Tanınmış model örnək oldu.
Dünən Xocalı faciəsinin 25-ci ildönümü idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri yerlə yeksan edilib.
"Xəbəraz.az " xəbər verir ki, layihə və ssenari müəllifi tanınmış istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev və tanınmış azərbaycanlı model Günel Ağayeva da bu soyqırıma biganə qalmayıb. Model onunla birgə "Vətən - Anadır" foto layihəsini həyata keçirib. Əyninə əsgər geyimi, üzünə azərbaycan və türkiyə bayrağlarını çəkən model, peşəkar fotoqraf Elşən Arifin kamerasının qarşısında cəsur azərbaycanlı qızı obrazını yaratmağa müvəffəq olub. G. Ağayeva bu dərdin xalqımızla birgə böyüdüyünü bildirib:
"Düz 25 ildir ki, ürəyimiz qan ağlayır. Xocalısız qalan hər bir azərbaycanlı kimi mən də bəşəriyyətə sığmayan bu faciəni törədənləri lənətləyirəm. Hər birimiz günahsız axan insan qanının yerdə qalmayacağına inanırıq. İlk dəfədir ki, vətənpərvərlik mövzusunda yaradıcı işimi gerçəkləşdirdim. Düşünürəm ki, tam istədiyim obrazı yaratmağın öhdəsindən məharətlə gəldim. Maksimum çalışdım ki, fotolarda vətənpərvərliyimi nümayiş etdirim".
Qeyd edək ki, saç və makiyaj model Günel Ağayevanın üzərində tanınmış stilist və vizajist Günel Ağacanova çalışıb.
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

4-11-2018, 12:07
Tramp səfəri ləğv etdi
14-03-2016, 11:07
Terror qurbanları arasında Azərbaycan vətəndaşları var? - YENİLƏNİB
9-07-2015, 10:57
Göyçayda müəmmalı ölüm
20-01-2023, 16:45
"Biz ögey qardaş imişik" - Allahşükür Paşazadə
9-02-2018, 16:00
18 yaşlı tələbə qəzada öldü
12-03-2020, 15:59
“Azərenerji”nin bütün obyektləri dezinfeksiya edilir - FOTO
1-08-2017, 12:26
Əvvəl Nigar, sonra Röya... FOTO