Narkoloji Mərkəzdəki yanğında 24 nəfər ölüb - RƏSMİ
Tarix: 02-03-2018 | Saat: 11:41
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
Respublika Baş prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın barədə birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, 2018-ci il mart ayının 2-si, saat 06.10-da Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin taxta konstruksiyalı bir mərtəbəli korpusunda yanğın baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb edilib.
Ərazinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təmin olunub.
Operativ surətdə həyata keçirilmiş tədbirlərlə korpusda olan 55 nəfərdən 34-ü xilas edilib, onlardan 3-ü Səhiyyə Nazirliyinin Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.
Saat 09.13-də yanğın söndürülüb. Hadisə yerinin müayinəsi zamanı 24 nəfərin meyiti aşkar edilib.
Azərbaycan prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən tədbirlər prezidentin nəzarətindədir.
İlkin araşdırmaların nəticələrinə, görə yanğın binanın elektrik şəbəkəsində yaranmış nasazlıq səbəbindən baş verib.
Xəbəri paylaş
7148 dəfə oxunub.
Digər xəbərlər

25-08-2015, 12:41
BMT Təhlükəsizlik Şurasında İŞİD-in homoseksuallara qarşı həyata keçirdiyi soyqırım müzakirə olunub
8-09-2016, 11:32
Xoşqədəm həyat yoldaşı ilə birgə veriliş aparacaq - VİDEO
15-09-2022, 13:51
Vəzifəli şəxsdən pul tələb edən xəbər portalının rəhbəri həbs edildi
16-02-2017, 15:45
Xaçmazda maraqlı ideya: nömrələdilər, xilasedicilərin işini asanlaşdırdılar - VİDEO
19-07-2017, 19:09
Ağır qəza yenə can aldı: ölən və yaralananlar var - VİDEO
17-10-2015, 17:20
Tank aldı, saxlamağa yer tapmadı, evini dəyişdi
16-11-2015, 15:50
Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO
5-11-2017, 12:15
Ermənistan atəşkəsi 125 dəfə pozdu
5-01-2023, 14:49
Ağzının böyüklüyünə görə “Ginnesin Rekordlar Kitabı”na düşdü - FOTO
10-05-2016, 11:52
“Abbasla Ramalı harada görsəm, barışdıracam“