Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağır qəza yenə can aldı: ölən və yaralananlar var - VİDEO
Tarix: 19-07-2017 | Saat: 19:09
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


Qadın sürücü qəza törətdi, bir nəfər öldü, 3-ü yaralandı.
Hadisə ötən gün Goranboyun Tap Qaraqoyunlu kəndi ərazisində baş verib. Sükana hakim ola bilməyən Naftalan şəhər sakini, 56 yaşlı Ceyhunə Hüseynova avtomobili yolun kənarına aşırıb. Qəza zamanı avtomobildə olan 3 sərnişin- Tap Qaraqoyunlu kənd sakinləri 48 yaşlı Gülnarə Qarayeva, 44 yaşlı Arifə Əmirova və 42 yaşlı Sahibə Hacıyeva müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq yaralılardan Sahibə Hacıyevanın həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, ağır qəza Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbərinin öz işçilərini yaşadıqları evə aparan zaman baş verib.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.
Balakəndə baş verən ağır yol qəzasında da bir nəfər ölüb. Rayonun Püştətala kənd sakini, 33 yaşlı Qurban Alqayevin idarə etdiyi xırda tutumlu yük maşını ilə Balakən şəhər sakini, 54 yaşlı Tofiq Məcidovun idarə etdiyi minik avtomobili toqquşub. Qəzadan sonra sürücüsü Tofiq Məcidov Balakən Mərkəzi rayon Xəstəxanasına aparılarkən aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən yolda ölüb. Tofiq Məcidovun sərnişini, Balakən rayonu Gərəkli kənd sakini, Xalidə Bodurova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.(xezerxeber)



Xəbəri paylaş

1 2668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___