Daxili İşlər Nazirliyi polis əməkdaşının dənizdə batması hadisəsinə aydınlıq gətirib
Tarix: 05-07-2015 | Saat: 17:52
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər
Polis suda boğulan vətəndaşı xilas edib, özü isə həyatını itirib
Xeberaz.az xəbər verir ki, Daxili İşlər Nazirliyi iyulun 3-də bir polis əməkdaşının dənizdə batması hadisəsinə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, DİN-in daha bir əməkdaşı insanların təhlükəsizliyi naminə növbəti qəhrəmanlığa imza atıb: "Çox təəssüf ki, o, bu zaman öz həyatını da itirib. Belə ki, iyulun 3-də saat 20 radələrində Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Zaur Nurəliyev xidmətdən sonra öz ailə üzvləri ilə birlikdə Xəzər rayonu ərazisindəki Şüvəlan dəniz çimərliyində olarkən iki nəfərin suda boğulduğunu görüb".
E.Zahidovun sözlərinə görə, polis əməkdaşı dərhal, tərəddüd etmədən onları xilas etmək üçün özünü suya atıb: "Boğulmaqda olanlardan birini ölümün pəncəsindən qurtaran polis, onu sahilə çıxarıb və yenidən geri qayıdıb. Bu dəfə artıq yorulmuş və taqətdən düşmüş xilaskar polis, boğulmuş ikinci şəxsi sahilə qədər gətirə bilməyib, onunla birlikdə suda boğularaq öz həyatını da itirib...
Hadisə yerinə gələn xilasedicilər öz qəhrəmanlığı ilə bütün gənclərimizə örnək olan polis serjantı Zaur Nurəliyevin və onun köməyinə getdiyi Bakı şəhər sakini Səfər Səfərlinin meyitlərini sudan çıxararaq böyük ehtiramla və eyni zamanda dərin təəssüf hissi ilə öz yaxınlarına təhvil veriblər".
Xəbəri paylaş
6428 dəfə oxunub.
Digər xəbərlər

2-01-2016, 13:20
Bakıdakı qarın ilk “qurbanları” - VİDEO
29-01-2020, 10:46
“Mersedes”in vurduğu piyada öldü
18-04-2022, 10:38
İftara qədər təkcə tox tutmur, həm də orqanizmi yeniləyir
15-08-2017, 22:37
Çempionlar Liqası: “Qarabağ” tarixi oyunda qələbə qazandı
15-05-2018, 10:43
Novruz Məmmədovdan yeni qərar: İpoteka ilə ev almaq asanlaşdı
22-04-2018, 09:33
Rus bölməsinin məzunları üçün Azərbaycan dilindən imtahan keçirilir
13-12-2021, 18:07
Tanınmış Şairə, Tele aparıcı Xanımın ailəsində ŞAD gün
10-05-2016, 07:12
Gəncədə bazarda yanğın olub
26-05-2017, 16:17
Ay Yer kürəsinə maksimum yaxınlaşır