Bakıdakı qarın ilk “qurbanları” - VİDEO
Tarix: 02-01-2016 | Saat: 13:20
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
“Volkswagen” “Skoda”nın altına girib.
Bakıda müşahidə olunan yağıntılı hava şəraiti yol qəzasına səbəb olub.
Xəbəraz.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Hüseyn Seyidzadə küçəsindəki körpüdən Abdulvahab Salamzadə küçəsinə doğru hərəkət edən “Skoda” markalı avtomobil körpünün enişindəki yol ayırıcısına çırpılıb. Avtomobil həm də yol nişanını yerindən qoparıb. Arxadan gələn “Volkswagen” markalı avtomobil isə “Skoda”ya çırpılıb. Zərbənin gücündən “Volkswagen” “Skoda”nın altına girib.
Qəza nəticəsində “Skoda”nın sürücüsü xəsarət alıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.
Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya görünüş dairəsinin az olduğu ərazidə “Skoda”nın sürücüsünün sürət həddini aşması, “Volkswagen”in sürücüsünün isə həm sürət həddini aşması, həm də düzgün ara məsafəsi saxlamaması səbəb olub. Qeyd edək ki, DYP sürücülərə hava şəraitini nəzərə almaq və sürət həddini ona uyğun seçmək barədə xəbərdarlıq edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6078 dəfə oxunub.
Digər xəbərlər

20-03-2016, 11:11
Astroloji proqnoz - 20 mart
2-12-2016, 10:31
Qarabağda nə baş verir? - Erməni əsgərləri güllələnib
13-11-2015, 14:21
Tünzalənın qırmızı və qarası - FOTO
30-01-2018, 09:46
Bu ərazidə su olmayacaq
24-06-2015, 22:35
İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif etdi
21-04-2017, 07:08
Azərbaycanda orta illik inflyasiya 5%-dək azalacaq - DB
6-01-2017, 00:04
Bal arısı zəhərinin faydaları
9-06-2015, 22:32
Bacı ilə nikaha girmə cihadı halaldır
17-09-2017, 09:29
Müğənni keçmiş əri ilə evlənən bacısından danışdı: "Üzünə baxmaram"
20-08-2016, 22:02
Türkiyə Rusiyaya görə Suriya ilə barışır?