Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərinin pullarını oğurlayıb sevgilisinə verdi - TƏFƏRRÜAT
Tarix: 01-02-2018 | Saat: 19:54
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər


Bakıda qadının həyat yoldaşına məxsus külli miqdarda pulu oğurlaması hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.Əslən Saatlı rayonundan olan 40 yaşlı H.İ Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsindəki mənzildə quraşdırdığı seyfdən 57 700 dollar pulun son 3 ayda naməlum şəraitdə yoxa çıxması ilə bağlı polisə müraciət edib. Araşdırmalarla pulların H.İ-nin həyat yoldaşı T.İ tərəfindən götürülərək sevgi münasibətində olduğu R.M-ə ötürdüyü üzə çıxıb.
 
Bildirilir ki, zərərçəkən H.İ peşəkar iqtisadçıdır. O, lizinq şirkətlərindən birində rəhbər vəzifədə çalışır. Ərinin pullarını gizli talayan qadın isə banklardan birində çalışıb və R.M ilə də bankda işlədiyi vaxt tanış olub.
 
Qeyd edək ki, H.İ ilə T.İ-nin nikahdan bir qız övladları var.

12:28
 
Bakıda külli miqdarda pul oğurlamış qadın tutulub. lent.az xəbər verir ki, Binəqədi rayonunda yaşayan şəxs keçən ilin oktyabrından bu ilin 27 yanvar tarixinədək evindəki seyfdən naməlum şəraitdə 57700 dolların oğurlanması ilə bağlı polisə müraciət edib. Aparılan araşdırmalarla həmin pulun kişinin həyat yoldaşı tərəfindən oğurlandığı və tanışı Ramin Muradova verdiyi üzə çıxıb. Qadın və pulu verdiyi tanışı tutularaq istintaqa təhvil verilib.
 
Araşdırmalar davam etdirilir.
(lent.az)


Xəbəri paylaş

8078 dəfə oxunub.

Digər xəbərlər
28-09-2016, 20:05 Üzən Bakı... +Video

bütün xəbərlər
____ Instagram ___