Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pişiklər niyə kürək üstə yıxılmırlar? - SƏBƏB...
Tarix: 23-08-2018 | Saat: 13:22
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Pişiklər niyə kürək üstə yıxılmırlar?
 
Ayaqüstə düşmək pişiyin anadangəlmə qabiliyyətidir.
Pişik yuxarıdan hansı vəziyyətdə düşsə də, yerə çatanda ayaqları üstə dayanır. Ayaqları üstə düşmək refleksi pişiklərdə 3-4 həftəlik olanda başlayır. 6-7 həftəsində isə möhkəmlənir. Bəs bunun sirri nədədir?
Xeberaz.az bildirir ki, belə bir mükəmməl eniş etmək üçün pişiyin uyğun fiziki quruluşu var. Belə ki, onun onurğa fəqərələri çox hərəkətlidir. Körpücük sümüyünün olmaması isə ona havada çevrilmək imkanı verir.
Pişiyə 1800 çevrilmək üçün lazım olan minimal hündürlük 30 sm-dir. Son elmi tədqiqatlar nəticəsində alimlər müəyyən edib ki, pişiyin havada çevrilməsində quyruğunun rolu haqqında əvvəllər geniş yayılaninanclar yersizdir. Quyruqsuz pişiklər də həmin qabiliyyətə malikdir. Belə ki, aşkar edilənyeni faktlara görə pişiklər havada çevrilmək üçün idarəedici kimi quyruqlarından yox, ayaqlarından istifadə edirlər.
Tarazlıq üçün cavabdeh olan daxili qulaqdakıvestübilyar aparat pişiklərdə yaxşı inkişaf edib. Bundan əlavə, düşmə zamanı pişikdə qolların yana doğru açılması baş verir. Bu təhlükəsizlik tədbiri “paraşüt effekti”yaradır.
Kiçik hündürlüklərdən, məsələn uşağınəlindən düşmə zamanı çevrilmə tam baş verməyə bilər. Bunun üçün pişiyin zamanı olmur. Və belə olanda o, xəsarətala bilər.
Yeni araşdırmalar həm də onu göstərir ki, böyük hündürlüklərdən düşərkən pişiklər ayaqları üstünə yox, qarınları üstünə düşür. Beləliklə də, pişiklərdə yüksəklik sindromu yaranır. Bunu ilk dəfə 1976-cı ildə Nyu-Yorklu baytar həkim Gordon Robinson müəyyən edib. Bu sindroma görə pişik nə qədər yüksəkdən atılırsa, o qədər az xəsarət alır. Məsələn, 15-ci mərtəbədən atılan pişik 2-ci mərtəbədən atılan həmcinsinə nisbətən daha təhlükəsiz eniş edir.
Əgər yüksəkliklərdən düşmək prosesinin daha dəqiq izahını versək, 1-2-ci mərtəbədən düşdükdə pişik heç bir xəsarət almaya bilər. 3-cü mərtəbədən düşdükdə isə çənəsini, başını zədələyə bilir. Belə ki, qabaq ayaqları ilə düşdükdə ayaqlar və bədən dayansa da, inersiyanıntəsiri ilə baş hərəkət etməkdə davam edir. 4-cü mərtəbədən düşdükdə pişiyin bütün bədənində xəsarətlər yaranır. Çünki, düşmə sürətinin artması ilə arxa pəncələr zərbəni azalda bilmir. Nəticədə, qaraciyər, diafraqma parçalanması, həmçinin, müxtəlif daxili orqanların zədələnməsi baş verir. 5-7-ci mərtəbədən düşmə bir qayda olaraq ölümlə yekunlaşır. Ancaq, 7 və ondan yuxarı mərtəbələrdə hər şey tərsinə baş verir. Belə ki, bu cür düşüşdə pişik, nəinki, sakitləşə bilir, həmçinin, düzgün uçuş vəziyyəti alır. O, pəncələrini yanlara uzadır və havada süzür. Sonda isə dörd ayağı üstə yerə düşür.
Hətta, riyaziyyatçı Riçard Montqomeri “düşən pişiyin məsələsi” adlı nəzəriyyə də irəli sürüb. Pişiyin hansı hündürlükdən düşməyindən asılı olmayaraq onun eniş sürəti saatda 100 km-i keçmir. Buna isə böyük olmayan həcmi, yüngül sümükləri və dərisi, həmçinin, havada “paraşüt effekti” yaratma qabiliyyəti səbəb olur. Misalüçün,insan maksimal dərəcədə düşməyə müavimət göstərdiyində belə onun eniş sürəti 210 km/ saat olur.


Xəbəri paylaş

1 8538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___