Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb?
Tarix: 17-11-2017 | Saat: 13:11
Bölmə:M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detalları məlum olub.
Məlumata görə, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prosektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Mərhum X.Vəliyevanın anası Validə Vəliyeva açıqlamasında bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır:
“Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin “Mercedes” markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də böyük bacısına “SMS” yazaraq “Dadaş”la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi “Dadaş”dır.
Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb”.
V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: “Hadisədən sonra onun da izahatı alınıb buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib . Hadisə də necə olub bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib”.
V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: “Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər”.(qafqazinfo)
Xəbəri paylaş
9568 dəfə oxunub.
Digər xəbərlər

6-01-2018, 13:00
2017-ci ildə rayonlara 155,29 milyon pul ayrılıb - 36 sərəncam
15-05-2019, 13:29
Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi
1-05-2020, 22:39
Tramp bu xəbər agentliklərini "yalançı" adlandırdı
27-03-2016, 17:26
Bakıda müəmmalı gurultu: binalar titrədi
27-04-2016, 16:53
Zakir Həsənov əsgərlərə göstəriş verdi - Foto
17-02-2017, 17:26
Bakıda “Təcili yardım” xəstəni aparmadı - Gənc qız öldü
30-10-2023, 19:52
Berrak Su ilk müştəriləri üçün möhtəşəm endirim etdi
11-03-2018, 17:47
Azərbaycanda 1200 məktəbli abort etdirib - Dəhşətli statistika
4-05-2016, 11:59
Azərbaycanlı müğənnidən qəmgin notlar: "Xatirəm olacaq" - AUDİO