Bakıda “Təcili yardım” xəstəni aparmadı - Gənc qız öldü
Tarix: 17-02-2017 | Saat: 17:26
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakının Xəzər rayonunda "Təcili yardım" həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə Report-a mərhumun valideynləri məlumat verib.
Belə ki, Zirə qəsəbəsində 1993-cü il təvəllüdlü Mailova Məlhəm Heybət qızı qan təzyiqinin aşağı düşməsi səbəbindən "Təcili yardım" xidmətinə müraciət edib. M.Mailovanın çağırışına gecikən "Təcili yardım" xidmətinin həkimi ona iynə (əzələdaxili inyeksiya) vurub. Bu isə əks təsir göstərib. M.Mailovanın halının kəskin dəyişdiyini görən valideynləri həkimdən gənc qızı xəstəxanaya aparılmasını tələb edib. Ancaq "Təcili yardım" xidmətinin həkimi bundan boyun qaçırıb. Nəticədə M.Mailova ölüb.
Gənc qızın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, "Təcili yardım" xidmətinin həkimi Həkim Məsləhət Komissiyasına çağırılıb: "Onun rəyi alınacaq. Faktla bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq və o, işdən azad olunub məsuliyyətə cəlb ediləcək".
Xəbəri paylaş
7598 dəfə oxunub.
Digər xəbərlər

7-01-2022, 11:34
Bakıda şagirdləri döyməkdə adı hallanan direktor kimdir? - VİDEO
26-04-2017, 11:12
Ərdoğan: “Mən Rusiya və ABŞ-ı xəbərdar etdim”
24-12-2016, 18:41
“Rossiya 24”də Əliyev haqda süjet - “...Oğlu ilə qürur duyardı”
17-06-2022, 11:24
Quru sərhədlərin açılıb-açılmaması ilə bağlı qərar bu tarixdə veriləcək - AÇIQLAMA
17-01-2016, 14:45
NASA-dan Yerin “qohumu” ilə bağlı – İnanılmaz faktlar
1-05-2022, 10:30
Toyuna içkili gələn bəy dava saldı - Əsəbləşən ata qızını qohumuna ərə verdi - VIDEO
19-05-2018, 08:52
Ramazanda siqareti necə tərgitmək olar?
15-06-2017, 14:51
Könül Xasiyevanın son vəziyyəti ilə bağlı YENİ XƏBƏR - FOTO
3-09-2016, 14:33
Şahmat Olimpiadası- 2016: Bütün yığmalarımız qələbə qazandı
29-09-2015, 13:52
“İnter” – “Qarabağ” oyununun başlama saatı açıqlandı