Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağda müharibə olmayacaq” - Mixail Neyjmakov
Tarix: 26-02-2017 | Saat: 09:11
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Qarabağda müharibə olmayacaq” - Mixail Neyjmakov



"Qarabağ münaqişəsi zonasında qoşunların hərəkəti və mütəmadi toqquşmalar 2016-cı ilin "aprel müharibəsi"nin ildönümü yaxınlaşdıqca tərəflərdə daha böyük gərginlik yaradacaq. Lakin elə amillər var ki, bunlar yaxın ay ərzində həmin miqyasda hadisələrin təkrarlanmasına imkan verməyəcək". "Xəbəraz.az " virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiyanın Siyasi və iqtisadi kommunikasiyalar agentliyinin aparıcı şərhçisi Mixail Neyjmakov deyib.

Son günlərdə cəbhə xəttində yaranmış gərginliyi şərh edən ekspert bildirib: "Rəsmi Yerevanın strategiyasından danışsaq, erməni tərəfinin Qarabağın adının dəyişdirilərək "Artsax Respublikası" qoyulması təşəbbüsünə diqqət yetirək. Adəti üzrə, siyasətdə real irimiqyaslı hərəkətlər edilməyəndə səs-küylü simvolik addımlar atılır. Müvafiq ideyalar hələ 2016-cı ilin payızında səsləndirilmişdi, lakin elə o vaxt aydın idi ki, Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ərəfəsində Qarabağda ciddi riskə getmək rəsmi Yerevan üçün təhlükəlidir".

Neyjmakovun fikrincə, hazırda Yerevan üçün İran ətrafında yaranmış vəziyyət də problemə çevrilir: "Vaşinqtonla Tehran arasında münasibətlərin soyuması güclənir. Çox güman ki, ABŞ təmsilçiləri Yerevana təzyiqləri artıraraq, İrandan aralı durmağı tələb edəcəklər, lakin həmin ölkə ilə əlaqələr erməni tərəfi üçün çox əhəmiyyətlidir. Bu cür xarici siyasi şəraitdə Qarabağ münaqişəsi zonasında irimiqyaslı hərəkətlənmə Ermənistan üçün ciddi risklərə səbəb ola bilər".

Ekspert hesab edir ki, problemin aspektlərindən biri olan bu məqam belə güman etməyə imkan verir ki, münaqişə zonasındakı ciddi gərginlik yaxın zamanlarda "aprel müharibəsi" miqyasında hadisəyə çevrilməyə də bilər.




8898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___