Mehriban Əliyeva: "Məsuliyyətin ciddiliyini tam dərk edirəm"
Tarix: 21-02-2017 | Saat: 16:37
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Göstərdiyiniz yüksək etimada görə sizə dərin minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddiliyini tam dərk edirəm. Cənab prezident, inanıram ki, sizin və mənə inanan bütün insanların etimadını doğruldacağam”.
APA-nın məlumatına görə, bunu bu gün Təhlükəsizlik Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyev tərəfindən birinci vitse-prezident təyin edilən Mehriban Əliyeva deyib.
M. Əliyeva fəaliyyətinə yüksək qiymət verdiyi üçün prezident İlham Əliyeva təşəkkür edib: “Belə qiymətə layiq olmaq mənim üçün böyük şərəfdir. Sadaladığınız hər bir uğurun, nailiyyətin arxasında sizin dəstəyiniz dururdu. Keçmiş illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə və cəsarətlə qorumağınız, Azərbaycan xalqı ilə birliyiniz mən və mənimlə çalışan insanlar üçün bir nümunə, fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, ölkəmizdə baş verən dəyişikliklərə, inkişafa, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına az da olsa, töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifəsindən asılı olmayaraq, insan öz yolunu seçəndə işinə, əməlinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyaraq buna nail olmağa çalışmalı, söz və işdə bir olmalıdır”.
Birinci vitse-prezident qeyd edib ki, rəhbərlik etdiyi Heydər Əliyev Fondu 13 ildir, fəaliyyətini humanizm prinsipləri əsasında qurub: “Bu illər ərzində biz bir çox böyük layihələr icra etmişik. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirik, infrastruktur layihələri həyata keçiririk. Eyni zamanda 13 il ərzində ayrı-ayrı insanların problemlərinə heç vaxt biganə qalmamışıq. İnsanlarla ünsiyyətdə olmaq, onları dinləmək, köməyə ehtiyacı olanlara kömək etmək, mənəvi dəstək vermək Heydər Əliyev Fondunun hər bir əməkdaşının birbaşa vəzifəsidir. Hesab edirəm ki, bu, bütün dövlət qurumlarında çalışanların əsas borcu və vəzifəsidir. Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri yüksək tutaraq ən yüksək qələbələri əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacaq, Azərbaycana layiqli xidmət etməyə çalışacağam. Bir daha göstərdiyiniz etimada görə sizə dərin minnətdarlığımı bildirirəm”.
Xəbəri paylaş
6788 dəfə oxunub.
Digər xəbərlər

20-09-2023, 11:49
“Ordumuzun Xankəndini atəşə tutması yalandır” - Müdafiə Nazirliyi
1-10-2016, 15:48
Bu adamları küçədə görsəniz, yaxınlaşın - Video
26-11-2017, 19:14
Metronun “Sahil” stansiyası sökülür?
3-07-2015, 17:40
Sevdiyi qızın evini yandıran Kürdəmir sakini 14 il cəza aldı – FOTO
18-01-2016, 14:40
Hərbçilərin pensiya yaşı dəyişdirilə bilər
10-07-2017, 11:09
Ərdoğan: ”Azərbaycanla qardaşlığımız güclənərək davam edəcək”
25-11-2016, 16:29
İpoteka kreditləri ilə bağlı TƏKLİF: ilkin ödəniş azaldılsın
26-10-2017, 16:29
“Azərişıq”dan borclulara xəbərdarlıq: "İşığınızı kəsəcəyik!"
1-05-2016, 20:22
Lənkəranda yanğın: 18 nəfər təxliyyə edildi
3-01-2022, 12:05
DSX-nin hərbçilərini qətlə yetirən şəxs saxlanıldı