İpoteka kreditləri ilə bağlı TƏKLİF: ilkin ödəniş azaldılsın
Tarix: 25-11-2016 | Saat: 16:29
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər
"Monitorinqlərimiz göstərirdi ki, ipoteka krediti verilən zaman bəzi banklar kredit alan şəxsdən hətta 40 faizlik ilkin ödəniş belə tələb edirdi. Bu isə xüsusən aztəminatlı ailələrin kreditdən istifadə imkanlarını xeyli məhdudlaşdırırdı. Mövcud qaydalara əsasən, adi ipoteka kreditləri üzrə ilkin ödəniş məbləği 15-25 faiz, sosial kreditlər üzrə isə 15 faizdir. Bu isə o deməkdir ki, heç bir halda bank adi ipoteka krediti üzrə 25, sosial kreditlər üzrə isə 15 faizdən çox ödəniş tələb etməz".
"Xəbəraz.az "xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Ekspertin sözlərinə görə, bəzi banklar bu rəqəmlər üzrə spekulyasiya aparıb ilkin ödəniş tələb etsələr də, söhbət maksimum faizlərdən gedir: "Çox təəssüf ki, əvvəllər 40-45 faizlik ilkin ödənişin tələb edilməsi halları çox müşahidə edilirdi. Buna görə də belə hallar baş verən zaman İpoteka Fonduna müraciət etmək lazımdır. Digər tərəfdən, hətta mövcud ilkin ödəniş məbləğləri də yüksəkdir, xüsusən də aztəminatlı ailələr üçün birdəfəlik 15 və ya 25 faiz ödəniş etmək heç də asan deyil. Bu baxımdan, əvvəllər də təklif etdiyim kimi, ilkin ödəniş məbləğinin adi ipoteka kreditləri üzrə 10-15, sosial ipoteka kreditləri üzrə isə 10 faizədək azaldılmasına ehtiyac var. Bu bankların yenə də risklərini sığortalamaq imkanı verməklə, ipoteka kreditlərinə əlçatanlığı artıra bilər".
Xəbəri paylaş
6098 dəfə oxunub.
Digər xəbərlər

20-08-2021, 11:41
“Mall”lara vaksin pasportsuz girsək, bizi nə gözləyir?
25-12-2017, 09:26
Bizə göndərilən yalançı SMS-lər...
13-12-2016, 12:23
Türk aparıcının şəhidlər haqda dedikləri hər kəsi kövrəltdi - video
25-07-2019, 18:53
Prezident bu qanunu İMZALADI
11-06-2016, 14:46
Kürdlər yeni dövlət qurur: “Ölümsüz gəlin”
8-08-2015, 12:23
Gənc ana doğuş zamanı dünyasını dəyişdi
28-03-2023, 12:19
Məktəbdə azyaşlı şagirdə pəncərə sildiriblər? - VİDEO
5-08-2021, 18:13
Bodrumda meşə yanğınına görə 3 nəfər SAXLANILDI
13-05-2017, 15:42
Bir gündə 10 milyon
28-07-2017, 11:43
Biləsuvarda Şok- 9 yaşlı oğlan 7 yaşlı qızı güllələdi