Ərdoğan: "Trampın bəzi fikirləri narahatlıq doğurur"
Tarix: 22-01-2017 | Saat: 14:44
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a planlaşdırılan səfəri zamanı bu ölkənin prezidenti Donald Trampla Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək niyyətindədir.
APA-nın məlumatına görə, R. T. Ərdoğan bunu bu gün Tanzaniya, Mozambik və Madaqaskara səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyə Yaxın Şərqində dövlətlərin ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edir və regionun xəritəsini dəyişmək yönündə səyləri dəstəkləmir: "Sözsüz ki, mən Donald Trampla görüşdə bu məsələni müzakirə etmək istəyirəm. Türkiyəni Yaxın Şərqdəki vəziyyət, o cümlədən Tramp administrasiyasının regionla bağlı mövqeyi maraqlandırır. Bu gün region alov içərisindədir. Trampın Yaxın Şərqlə bağlı mövqeyi necə olacaq? Hazırda bəzi Yaxın Şərqlə bağlı bəzi fikirləri bizə çatır, doğrusu, bu fikirlər narahatlıq doğurur. Bütün bu məsələlər müzakirə edilməlidir. Türkiyə Yaxın Şərqin ən güclü ölkəsidir, regiondakı proseslərin dinamikasına təsir göstərir. Əgər regionla əlaqəsi olmayan hər hansı ölkə regionun xüsusiyyətlərini, ədaləti nəzərə almayaraq qərar qəbul edirsə, bunun ümumilikdə dünya üçün neqativ təsirləri olacaq".
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

12-06-2020, 09:41
Qarabağla bağlı diplomatik uğur: İlk dəfə.. - Şərh
23-03-2017, 13:05
İngiltərədə hamı ondan danışır - FOTO
3-02-2018, 10:51
Nömrə axtarışı üçün istifadə olunan proqramlar təhlükəlidir!
21-11-2016, 22:01
Azərbaycanlı satıcı ondan pulsuz şaurma tələb edən kişini öldürdü - FOTO
11-02-2016, 15:01
Dörd yaşlı İŞİD-çi girovları edam edir – VİDEO
29-12-2015, 11:34
Azərbaycanlı bacılar "O səs Türkiyə"də (VİDEO)
22-12-2015, 17:58
Vaqif Əsədov: Bu il qəzalarda 217 nəfər ölüb