Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağla bağlı diplomatik uğur: İlk dəfə.. - Şərh
Tarix: 12-06-2020 | Saat: 09:41
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər


Avropa Parlamentində Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı rəsmi sənədin qəbul edilməsi çox vacib bir hadisədir. Çünki bu sənəd Azərbaycanın işğal edilmiş torpaqlarında istənilən fəaliyyətin qeyri-qanuni olduğunu beynəlxalq səviyyədə təsdiq edir.
Bu sözləri açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Avropa Parlamentində Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı rəsmi sənədin qəbul edilməsi haqda danışarkən deyib. O bildirib ki, bu sənədin qəbul edilməsi rəsmi İrəvanın ağır məğlubiyyətidir:
“Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət bir daha öz bəhrəsini verdi. Bu gün ölkəmiz bir çox sahədə Ermənistandan üstün mövqedədir. Xüsusilə diplomatiya sahəsini qeyd etmək istərdim. Azərbaycanın uğurlu xarici siyasəti onun etibarlı və hörmət görən ölkə olmasına gətirib çıxarıb. Ermənistan isə təxribatçı əməllər edərək, onsuz da ağır olan diplomatik mövqeyini daha da ağırlaşdırır. Ermənistan Baş naziri Nikol Paşinyan və bütövlükdə Ermənistan hökuməti diplomatiya sahəsində məğlubiyyətə uğrayıb. Bu gün bəzi insanlar diplomatik qələbəni düzgün qiymətləndirə bilmirlər. Hətta “bizə diplomatik qələbə yox, hərbi qələbə lazımdır” deyirlər. Lakin bu gün müharibələr cəbhədə çox, danışıqlar masasında qazanılır. Azərbaycanın danışıqlar prosesində diplomatik üstünlüyü bu sənədlə bir daha təsdiqlənmiş oldu”.
Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı sənədi AP-nin Ermənistan üzrə rəsmisi də imzalayıb:
“Təəssüf ki, Azərbaycanın işğal olunmuş qanuni torpaqları və bu torpaqlardan didərgin salınan bir milyondan artıq vətəndaşa qarşı əsaslı bir siyasi qiymət verilmirdi. Lakin bununla belə, istənilən halda AP-nin Azərbaycan lehinə qərar verməsi sevindirici haldır. Qeyd edim ki, sənədi Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand imzalayıb. Sənədi qəbul edənlər arasında Avropa Parlamentinin (AP) Ermənistan üzrə məruzəçisi Traian Baseskunun olması Azərbaycanın diplomatik qələbəsidir”.


Xəbəri paylaş

1 8648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___