Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Səlim Müslümov Qusarda 5 rayonun sakinlərini fərdi qaydada qəbul etdi
Tarix: 18-11-2016, 12:56 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Səlim Müslümov Qusarda 5 rayonun sakinlərini fərdi qaydada qəbul etdi

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qusar rayonunda bu rayonun və Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən sosial müdafiə, imtiyazlı şəxslərin dövlət büdcəsi hesabına mənzillə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya hüququnun müəyyən olunması, məşğulluq, aktiv əmək bazarı proqramlarına, o cümlədən peşə hazırlığına cəlb edilmə, reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərə diqqət və həssaslıqla yanaşılıb, onların obyektiv şəkildə cavablandırılması, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatların verilməsi təmin olunub. Bir sıra şəxslərin müraciətlərində əksini tapan məsələlərin həlli ilə əlaqədar nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib.

Mənzillə təmin edilmə barədə müraciətlərin cavablandırılması zamanı S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına uyğun olaraq Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı istiqamətində məqsədyönlü işlərin aparıldığını diqqətə çatdırıb: “Həmin Sərəncamla görülən işlər çərçivəsində Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında da 22 fərdi yaşayış evi inşa etdirilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Hazırda da bu rayonlarda həmin təbəqələrə aid şəxslər üçün fərdi evlərin tikintisi işləri davam etdirilir”.
Səlim Müslümov Qusarda 5 rayonun sakinlərini fərdi qaydada qəbul etdi

Bir sıra şəxslərin işlə təmin edilmək barədə müraciətləri nəzərə alınaraq, onlara yaşadıqları ərazi üzrə boş (vakant) iş yerləri təklif olunub və seçdikləri vakant iş yerlərinə göndərişlər verilib. S.Müslümov nazirliyin məşğulluq orqanlarının xətti ilə cari ilin yanvar-oktyabr ayları ərzində bu beş rayon üzrə ümumilikdə 3339 nəfər işaxtaran və işsiz şəxsin münasib işlərlə, habelə 70 nəfərin ödənişli ictimai işlərlə təmin edildiyini, 36 nəfərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunduğunu bildirib: “Özünüməşğulluq proqramı bu rayonların sakinlərini də əhatə edir. Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonları üzrə həmin proqramda iştirak etmək üçün müraciət edən 92 nəfər işaxtaran və işsiz şəxs bununla əlaqədar təlim kurslarına cəlb olunublar və hazırda biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnirlər”.
Səlim Müslümov Qusarda 5 rayonun sakinlərini fərdi qaydada qəbul etdi

Qəbul zamanı müraciətləri əsasında iki nəfər əlilliyi olan şəxs əlil arabası ilə təmin edilib. S.Müslümov həmçinin ayrı-ayrı şəxslərin bərpa müalicəsi və protez-ortopedik xidmətlə təmin olunması üçün qeydiyyata alınmalarını tapşırıb: “Nazirliyin səyyar tibbi-texniki briqadası qrafik əsasında bölgələrə, o cümlədən hazırda sakinlərini qəbul etdiyimiz rayonlara ezam olunur və əlillər elə yaşadıqları rayon və ya şəhərdə ehtiyac duyduqları protez-ortopedik xidmətlərlə təmin edilirlər. Məsələn, bu ilin aprel ayında Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 166 nəfər əlil və sağlamlıq imkanları məhdud uşağa səyyar formada protez-ortopedik xidmətlər göstərilib”.
Qəbula gələn vətəndaşlar respublika əhalisinin rifah halının yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, bölgələrdə yaşayan insanların məşğulluq imkanlarının artırılması yönündə görülən mühüm işlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Səlim Müslümov Qusarda 5 rayonun sakinlərini fərdi qaydada qəbul etdi

3198 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
19-07-2017, 18:42 Su olmayacaq

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___