Bakıda daha bir vəzifəli şəxsin oğlu avtoxuliqanlıq etdi - VİDEO
Tarix: 17-11-2017 | Saat: 11:48
Bölmə:Karusel / Gündəm / Xəbəraz TV | çapa göndər
Bakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınb.
Hadisə reyd aparılan zaman Nərimanov rayonu ərazisində baş verib.
“10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) "99-YP-481" dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.
Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.
YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.
E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.
"Report" "BMW" markalı avtomobilin YPX maşınları tərəfindən təqib olunduğu kadrları sizə təqdim edir.(report)
Xəbəri paylaş
7948 dəfə oxunub.
Digər xəbərlər

2-08-2017, 13:14
Türkiyə "Eurovision"a qayıtdı - təmsilçi də bəlli oldu
22-03-2018, 11:32
Almaniyada niqablı qadınların maşın sürməsi qadağan edildi
28-09-2016, 19:14
12 yaşlı şagird intihar etdi - “3” aldığına görə...
2-05-2016, 12:48
“ Onlar mövqelərini dəyişməyə məcburdur”
25-12-2015, 14:39
Aşıq Namiq yeni ildə bahalı avtomobil hədiyyə edəcək - VİDEO
5-07-2022, 12:02
13-35 yaş aralığında olanlar dənizdə daha çox boğulur – İlginc SƏBƏB
23-08-2023, 16:15
Polisə atılan daş qadını öldürdü - Sabirabadda film kimi OLAY
12-06-2020, 12:52
Nazir “Son zəng”i çaldı - VİDEO
19-08-2018, 12:32
Məkkədə bir ilk — İstəyən hacılar bu otaqlarda yata biləcək
16-04-2016, 20:15
“Hər dəfə uşaq səhvləri edirik” - Şahin Diniyev