Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib
Tarix: 29-10-2016 | Saat: 15:44
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Ramil Usubov Gəncədə vətəndaşları qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 28-29-da Gəncə şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Gəncə, Kəlbəcər, daha sonra Göygöl, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının qəbul üçün müraciət edən 90-a yaxın sakini ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun, operativ şəkildə həlli üçün aidiyyəti Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Xidməti fəaliyyətlə bağlı olan məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin aidiyyəti dövlət qurumlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___