Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Eldar Mahmudovun 80 qohumu və yaxın adamı MTN-dən çıxarılıb
Tarix: 07-11-2015 | Saat: 21:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Eldar Mahmudovun 80 qohumu və yaxın adamı MTN-dən çıxarılıb
Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad olunandan sonra onun nazirlikdə “şəxsi sədaqət” prinsipi əsasında yaratdığı şəbəkə də ifşa edilməyə başlayıb.

Nəticədə sabiq nazirin cinayətlərinə şərik olan, bu cinayətlərdə birbaşa iştirak edən xeyli MTN əməkdaşı işdən qovulub, yaxud məsuliyyətə cəlb olunub.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Eynulla Fətullayevin haqqin.az saytında bu gün dərc olunmuş məqaləsində deyilir.

E.Fətullayev yazır ki, “MTN-in yeni rəhbərliyi şəhərin mərkəzində yaradılmış bu Avgi tövləsini yerlə-yeksan etmək üçün aylarla, hətta illərlə əziyyət çəkməli olacaq”.

Sabiq nazirin böyük bir nazirliyi az qala şəxsi cəza aparatına çevirdiyini yazan E.Fətullayev məqaləsində maraqlı bir faktı da açıqlayıb. Jurnalistin yazdığına görə, ölkənin milli təhlükəsizlik sistemində Eldar Mahmudovun nə az, nə çox - düz 80 qohumu, yaxını və dostu işləyirmiş. Onların hamısının artıq nazirlikdən qovulduğunu bildirən E.Fətullayev bu qənaətə gəlir ki, nazirliyi özünə yaxın sədaqətli adamlardan ibarət cəza aparatına çevirmiş E.Mahmudovun burada əsas məqsədi dövlətin maraqlarını və təhlükəsizliyini yox, öz şəxsi imperiyasını qorumaq olub.

E.Mahmudovun cinayətlərinin sivil dünyada analoqunun olmadığını vurğulayan jurnalist xüsusi xidmət orqanlarının bu cür kriminallaşması hallarına yalnız bəzi Afrika və Latın Amerikası ölkələrində rast gəlindiyini yazır.


Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
17-06-2015, 15:11 Toğrul döyüşür (CANLI)

bütün xəbərlər
____ Instagram ___