Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsmayıllı Olimpiya Kompleksində alpaqut döyüş sənəti üzrə növbəti respublika turniri keçirilib
Tarix: 10-10-2016 | Saat: 01:08
Bölmə:M / Karusel / İdman / Təbriklər | çapa göndər

İsmayıllı Olimpiya Kompleksində alpaqut döyüş sənəti üzrə növbəti respublika turniri keçirilib

Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan, aprel döyüşlərində şəhid olan Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnirin keçirilməsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Döyüş Növləri Asossiasiyasının razılığı ilə baş tutub.

"Xəbəraz.az "xəbər verir ki ,Turniri giriş sözü ilə federasiyanın prezidenti Aqil Acalov açaraq gənclərimizə vətənpərvərlik ruhu aşılamaq, tariximizə, soy-kökümüzə bağlılıq hissini artırmaq üçün alpaqut döyüş sənəti üzrə turnirləri keçirməkdə davam edəcəklərini vurğulayıb: "Bu gün də idmançılarımızdan gözəl döyüş gözləyirəm. Şəhidimizin, igidimizin xatirəsinin yad olunması isə bizim borcumuzdur. Cənab prezident də çıxışlarında tariximizə, keçmişimizə sahib çıxmağı, vətən uğrunda şəhid olan qəhrəmanlarımıza layiq olduqları hörməti göstərməyi, gənclərimizi vətənpərvər ruhda yetişdirməyi təlqin edir. Biz də bu yolda üzərimizə düşəni etməyə çalışırıq".

Laçın rayonu Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev isə öz çıxışında ölkəmizdə idmana verilən yüksək qiymətdən danışaraq tikilən yeni-yeni olimpiya komitələrində yaradılan şəraitdən də razılığını bildirib: "Prezident İlham Əliyevin idmana qayğısının nəticəsidir ki, Azərbaycan idmançıları uğurla və şərəflə bayrağımızı dalğalandıraraq bir çox yarışlardan qələbə ilə dönürlər, onlar üçün ölkəmizdə hər cür şərait yaradılıb. Bu turnirin şəhidimizin xatirəsinə həsr olunması isə bir xalq olaraq canını vətən üçün, millət üçün sipər edən oğullarımızın unudulmadığını göstərir.

Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov vətənpərvərlik mövzusuna həsr olunmuş turnirlərin bundan sonra da davam edəcəyini söyləyib.
Şəhid Ülvin Məmmədovun atası Camal Məmmədov isə turnir təşkilatçılarına təşəkkür edərək oğlunun unudulmadığına görə qürur duyduğunu deyib.
Qeyd edək ki, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov qonaq qismində iştirak edərək turnirin gedişini izləyib.
Turnirdə respublikanın müxtəlif bölgələrindən 21 komanda iştirak edib. Üç sistem üzrə (Aypara, Batur, Caymaz) 150 nəfərdən artıq idmançı şəhidin xatirəsinə həsr olunan turnirdə öz güclərini sınayıblar. 1-ci yeri Abşeron komandası qazanıb. 2-ci və 3-cü yerə isə müvafiq olaraq Qaradağ və Ağdam rayonlarından olan komandalar layiq görülüblər.

Xəbəri paylaş

1 6758 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___