Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müğənni Muratti: “Hazırda istedaddan çox maddiyyata önəm verilir” Fikrimcə, sənət yalnız xalq tərəfindən sevilməkdir...
Tarix: 18-05-2017 | Saat: 02:04
Bölmə:Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV / Müsahibə | çapa göndər



Xəbəraz.az-ın suallarına cavab verən yeni internet ulduzu, söhbətinə gündəm yaradan "Bu gece" mahnısına şərh verməklə başladı:
- Özünü oxucularımıza təqdim et.
- Mən Muratti Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsiyəm.
- Necə oldu ki, musiqi ilə məşğul olmağa başladın?
- Orta məktəbdə oxuyanda müğənniyə həddindən çox marağım var idi. Üzərimdə işlədim, baxdım ki, məndə alınır. Musiqi məktəbində oxuduğum üçün, musiqi təhsilim olduğundan başladım ilk öncə özüm üçün mahnılar yazıb, bəstələməyə. Gözəl də alındı. - Hansısa sənətkarlardan sənə dəstək olubmu? - Hansısa sənətkarlardan dəstəyim olmayıb. Mənə bu sahədə dəstək ancaq ailə üzvlərim verib.
- Özünü şou-biznesdə görürsənmi?
- Qalmaqallarla gündəmdə olmaq sənətkar olmaq deyil. Şou-biznesə gəldikdə, Azərbaycanda şou-biznes yox dərəcəsindədir. Fikrimcə, sənət yalnız xalq tərəfindən sevilməkdir. Bu mənim subyektiv fikrimdir. - Haqsızlıqla rastlaşmısan? - Haqsızlıq təbii ki, olur. Tək mənə yox, hər bir sənətçiyə haqsızlıq olub nə vaxtsa.
- Kimdən halallıq almaq istərdin? - Həyatda halallıq almaq istərdim o kəslərdən ki, mənim hansısa bir işimdə haqqı olub. Onlardan halallıq istəyərdim.
- Niyə istedadı olmayanlar efirdədir, istedadı olanlar yox? - Çünki hazırda istedaddan çox maddiyyata önəm verilir. Məhz o səbəbdəndi ki, istedadlılar itir-batır. Məncə ilk öncə bunun qarşısı alınmalıdır, istedadlılara üstünlük verilməlidir.
- Toylarda hansı mahnılara üstünlük verirsən?
- Təbii ki, toyun öz mahnısı var, səhnənin öz mahnısı. Mən səhnəyə öz yazdığım mahnılarımla çıxıram.
- Arzun nədir?
- Həyatda ən böyük arzum özümü layiq olduğum yerdə görməkdir.
- Sevdiyin insan olubmu?
- Bəli, sevdiyim olub, çox şükür ki, qarşılığı da olub. Sevginin tərifi yoxdur. Mən onun necə bir qüdrət olduğunu deyə bilmərəm, sadəcə onu yaşamaq lazımdır.
- Şou-biznesdə dostun varmı?
- Mənim ümumiyyətlə dostum yoxdur sənətdə. O işdə ki rəqabət var, dostluq ola bilməz. Həyatda dostum var.
- Həyatda peşman olubsan?
- Allaha çox şükürlər olsun ki, hələ peşman olmaq üçün bir səbəb olmayıb. Çox şükür.
- Tənbəlliyin varmı?
- Tənbəlliyə, məsuliyyətsizliyə nifrət edirəm. Çünki hər bir uğursuzluq bu ikisindən irəli gəlir.
- Səni özündən nə çıxarda bilər?
- Məni özümdən çox şey çıxarda bilər. Mən çox xırdalıqlara fikir verən adamam. Bu günə qədər görüşməli olduğum insanla görüşə gedəndə heç vaxt yubatmamışam. Amma görüşməli olduğum insan yubananda çox əsəbiləşirəm, özümdən çıxıram. Məni özümdən ən xırda bir şey belə çıxarda bilər.
- Həyatda neçə dəfə sevmək olar?
- Məncə bir dəfə sevmək yaxşıdır. Sevgini adiləşdirmək olmaz. O müqəddəs bir hissdir.
- Səncə bu sənətdə kar, yoxsa kor olmalısan?
- Əslində, nəinki bu sənətdə, heç bir peşədə nə kor, nə də kar olmaq lazım deyil. Ona görə ki, hər eşitdiyin sözdə həqiqət ola bilər. Eynilə də görməlisən. Kor olmamalısan ki, harada olduğunu, ətrafında hansı maneələrin olduğunu görməlisən. Amma hərdən kar olmaq lazımdı, baxır harda.
- Özünü bu sənətdə hansı pillədə görürsən?
- Mən özümü, əslində, bugünkü olduğum yerdən qat-qat daha yüksəklikdə görürəm və bunu çox yaxınlarda öz sənətimlə isbat edəcəyəm.
- Bu an ürəyindən nələr keçir?
- Sevən sevdiyinə verdi nəsihət, Eşq pakdı, təmizdi, nöqsanı yoxdu. Amma bir şey var ki, sevgi-məhəbbət, Elə xəstəlikdir, dərmanı yoxdu.
- Özünə titul verənlərə necə baxırsan?
- Sənətçi özünə titul verməməlidir. Onda elə hərə bir ad qoysun özünə, çıxsın desin ki, mən beləyəm. Bu düzgün bir şey deyil. Sənətçi sənətini göstərib ad qazanmalıdır.
- Qısqanc insansan? -
Bəli, çox qısqanc insanam. Sevgidə də, işdə də qısqanclıq hisslərim güclüdür. Hərdən düşünürəm ki, yaxşı ki, bu qısqanclıq məndə var. Qısqanc olmayan insana bir çox şeylər adi gəlir. Ancaq insan qısqanc olduqda, mübarizə aparmağa daha çox meylli olur.
- Özünü bu sənətdə hansı səviyyədə görürsən, yəni istədiyin pillədəsən?
- Bəli, insan əgər özünə əmin olursa və qarşısına hansı bir məqsədi qoyursa və bu yolda qarşısına çıxan sərhədləri çətinliklə olsa belə aşırsa istədiyini sözsüz ki, əldə edir və mən də etmişəm ki, nailiyyətlərimi hər kəs Allahın izni ilə görəcək. Çox şükür olsun ki, bugünkü gündə müəyyən qədər iş görmüşəm və tanınmışların cərgəsində mən də varam.
- Prodüserin varmı?
- Hal-hazırda sırf bir prodüserlə işbirliyim yoxdur. Amma bir neçə tanınmış prodüserlər var ki, lazımi məsələlərdə məsləhətləşirəm. Lazım olduqda görüşüb ətraflı iş haqqında danışırıq.
- Sənə sənət önəmlidir, yoxsa pul?
- Bəlkə də mənim verəcəyim cavab şablon olacaq, amma həqiqətən mənim üçün əsas sənətdir. Əgər mənim sənətim lazımi səviyyədə olsa, təbii ki, o sənət mənə pul da qazandıracaq.
- Niyə efirlərdə yoxsan?
- Şou-biznesin aşağı səviyyədə olması bir yox, bir neçə müğənniyə görədir. Müğənnini xalq sevməlidir. Müğənni xalqın dəvəti ilə, xalqın istəyi ilə efirdə olmalıdır. Gündəmdə də olmalıdır. Müğənnini xalq özü sevməlidir. Müğənni özünü sənəti ilə sevdirməyi bacarmalıdır.
- Yaradıcılığında nə kimi yeniliklər var?
- Hazırda yaradıcılığımda müəyyən yeniliklər var ki, onların üzərində çalışırıq. İnşallah, olsun ki, yeni bir duetimiz oldu. Adını açıqlamayacağam, çox tanınmış bir sima olacaq. İnşallah, fərqli səpkilərdə olacaq.
- Ürəkdən haçan ağlamısan?
- Bilirsiniz, hər insanın həyatında hansısa anlar var ki, insan onun təsirinə düşdükdə göz yaşlarını saxlaya bilmir. Məni tanıyanlar ağlamağıma inanmazlar. Amma mən həqiqətən çox kövrək biriyəm. Mən də ağlamışam, həm də bir yox, bir neçə dəfə. Əfsuslar olsun ki, heç vaxt sevindiyimdən ağlamamışam. Bir neçə mövzu var ki, mən çox həssasam bu mövzuda. Həyatımda elə anlar olub ki, ağlamaqla özümü sakitləşdirmişəm.





4088 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 11:02 İstanbulda faciə

bütün xəbərlər
____ Instagram ___