Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhərrəmlik başladı - QMİ-dən tövsiyyə
Tarix: 03-10-2016 | Saat: 01:30
Bölmə:M / Karusel / Gündəm / İbadət | çapa göndər

Məhərrəmlik başladı - QMİ-dən tövsiyyə
Azərbaycanda məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəmliklə bağlı sentyabrın 27-də fitva vermişdi. Fitvada bildirilirdi i, yeni hicri hicri 1438-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2016-cı il oktyabr ayının 3-nə təsadüf edir.

Müqəddəs aylardan olan məhərrəm ayı Həzrət peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır.

Fitvada məhərrəm ayının 10-nun – Aşura gününün 2016-cı il oktyabrın 12-nə təsadüf etdiyi bildirilir.

Qeyd olunur ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Təziyə məclislərində dindarlar tərəfindən Kərbəla vaqeəsində İmam Hüseyn (ə) və onunla birlikdə şəhid olanlar yad edilməli, Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın əziz xatirəsi ehtiramla anılmalıdır. Əzadarlıq məclisləri keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunub zəncir, sinə vuraraq bədənə xəsarət yetirməklə qan çıxarmaq müqəddəs şəriətimizə uyğun deyil və ictimai qınağa səbəb olur. Əzadarlar özlərinə və digərlərinə xəsarət yetirməməli, başqalarını da belə hərəkətlərə təhrik etməməlidirlər.

QMİ-dən bildirilib ki, son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin və Vətən uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Buna görə də bu, həyat verən savab əməl - örnək aksiya din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.


Xəbəri paylaş

8728 dəfə oxunub.

Digər xəbərlər
13-07-2017, 19:38 Syaobo öldü...

bütün xəbərlər
____ Instagram ___