Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Samirdən Nuraya sərt sözlər: "Ərki evdə dədən üçün elə
Tarix: 12-02-2018 | Saat: 16:51
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Samirdən Nuraya ağır sözlər

“İllər boyu özünüzü dost adlandırıb mənim efirlərdə anti-reklamımı etmisiz. Məqsədiniz nədir? Nə vermisiz ki, ala bilmirsiz? Hər zaman susmuşam, bağışlamışam. Susduqca siz həddinizi aşırsız. Danışanda ifadələrinizə fikir verin. Kimləsə işim olmayıb, pisliyim dəyməyib. Oturub fikirləşin, niyə sizdən aralı gəzirəm? Guya bunlar ərk edib danışırlar. Bu ərki öz evinizdə dədəniz üçün edin, qeybə çəkilmiş həyatınızı yaşayın”.
Bu sözləri müğənni Samir Cavadzadə eks-dostu Nura Surinin “ATV maqazin onlarla” verilişinə açıqlamasına cavab olaraq deyib. 
Samir  həmkarının onun haqqında səsləndirdiyi tənqidlərlə razılaşmayıb:
“Sizcə bu nə qədər düzgün ifadədir? Deyir ki, Samir heç anasına da zəng vurmur. Anam mənə zəng vurub deyir ki, bu niyə belə danışır? Ona cavab verdim ki, keçmişdə öz əməllərinə görə, o qəər zərbələr vurub ki, beyin qapağında çatları çoxalıb. 
Qalmaqaldan uzaq olmuşam, pis kəlmə deməmişəm. Bir tərif edib, arxasıyla gülərək tamaşaçı gözündə anti-reklam etmək elə-belə deyil. Məqsədyönlüdür. Üzümə qarşı demisiz ki, sən çıxsan biz batacağıq. Mələk cildin çıxıb, camaatı dolama”. 
Qeyd edək ki, Nura proqramın “Hit parad” rubrikasında Samiri birinci etsə də, xarakterini sərt tənqid etmişdi:
“Danışmıram onunla. Yenə itib, mən də daha ona yazmayacam, zəng etməyəcəm. Səbəb yoxdur.  İnsanın xasiyyəti budur. Anası, bacısına zəng etmir. Öz aləmində yaşayır. Xasiyyəti dəyişməlidir, qəbul edə bilmirəm”.  


Xəbəri paylaş

1 0658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___