“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anım gününü qeyd edib
Tarix: 29-09-2016 | Saat: 16:23
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anım günü münasibətilə Bakı Dövlət Universitetinin tələbələri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə görkəmli ədibin məzarını ziyarət ediblər.
"Xəbəraz.az " xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək bildirib ki, təmsil etdiyi təşkilat 2013-cü ildən İctimai Birliyin sədri Qənbər Şəmşiroğlunun rəhbərliyi ilə “Mir Cəlal irsinin təbliği” layihəsini həyata keçirir. Layihə çərçivəsində Mir Cəlal Paşayevə həsr edilmiş məqalə müsabiqəsi keçirilib, ədibin Gəncə şəhərində yerləşən Ev Muzeyinə BDU tələbələrinin ekskursiyası təşkil edilib, görkəmli ədibə həsr olunmuş kitab buraxılıb. O, bu layihənin uzun müqddətli olacağını da tələbələrin nəzərinə çatdırıb.
Daha sonra görkəmli ədibin xatirəsi bir dəqiqəlik sükütla anılıb. Sonra BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekan müavini, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü dosent Ələmdar Cabbarlı görkəmli ədibin ədəbi və elmi yaradıcılığından, eyni zamanda podaqoji fəaliyyətindən bəhs edib: “Mir Cəlal Paşayev Azərbaycan estetik fikrinin formalaşmasında mühüm rol oynayıb. Onun hekayələri, romanları, eləcə də “Füzulinin poetik xüsusiyyətləri”, “Azərbaycanda ədəbi məktəblər(1905-1917)” kimi elmi əsərləri ədəbiyyat və elm tariximizdə qiymətli mənbələr kimi hər zaman əhəmiyyətini saxlayacaq. Mir Cəlal müəllimin “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi bu gün də alimlərin, tələbələrin stolüstü kitabıdır. Amma Mir Cəlal müəllim hər zaman vurğulamışdır ki, ən böyük əsərim ailəmdir. Həqiqətən də bu, belədir. Vaxtilə Mir Cəlal müəllim zavallı bir Azərbaycan gəncinin manifestini yazmışd. Bu gün isə onun övladları, nəvələri müstəqil və xoşbəxt Azərbaycanın manifestinin yazılmasında uğurla iştirak edirlər”.

5538 dəfə oxunub.
Digər xəbərlər

19-08-2015, 01:06
Türkiyənin baş naziri vəzifəsini təhvil verib
10-06-2015, 20:15
“Miss Azerbaijan-2015”: Ölkənin ən gözəl qızı necə seçildi? – FOTO
14-01-2016, 15:32
İran ABŞ əsgərlərinin görüntülərini yaydı – Video
3-02-2016, 19:25
Məşhur aparıcının makiyajsız halı - FOTO
14-07-2018, 12:49
Salyanda ev yandı: xəsarət alan var
26-02-2021, 14:18
"Bu cümlələrin birini mənim səsimlə paylaşsanız..." - Millət vəkilindən SƏRT REAKSİYA
12-05-2016, 17:08
Qondarma rejim: “Tiflisin revanşından qorxuruq”
8-12-2016, 15:44
Azərbaycanda qeyri-adi qəza: avtomobil divara çıxdı (VİDEO)
30-07-2017, 23:43
Leyla Əliyeva əkiz oğulları ilə "Jara"nın BAĞLANIŞ MƏRASİMİNDƏ - FOTO
28-11-2016, 18:45
Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü seçildi