İlham Əliyev: "Təhsilə lazımınca əhəmiyyət verilmədiyi yerdə..."
Tarix: 27-09-2016 | Saat: 23:19
Bölmə:M / Karusel / Təhsil | çapa göndər

"Beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşündə bildirib.
"Təhsilin səviyyəsi ilə bağlı məsələlər təhlükəsizliklə birbaşa bağlıdır. Çünki beyinlərin “yuyulması”, radikal ideologiya o yerdə özünə zəmin tapır ki, orada təhsilə lazımınca əhəmiyyət verilmir. Bizə sovet keçmişindən miras qalmış üstünlüklərdən biri məhz təhsil və savaddır. Bizim ölkələrimizdə savadlılıq mütləq həddədir. Biz bu nailiyyəti qoruyub saxlayırıq və saxlamalıyıq. Ölkələrimizin vətəndaşları arasında, xüsusən gənclər arasında müxtəlif səviyyələrdə mövcud olan əlaqələr də təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm amildir. Ona görə ki, gənclər bir-birini tanıyacaq, bir-birinə qonaq gedəcək, ünsiyyət saxlayacaq, dostluq edəcək. Əlbəttə ki, bir-birini dost və tərəfdaş kimi qəbul edəcəklər. Odur ki, təhlükəsizlik orqanlarının fəaliyyəti dövlətin siyasətindən ayrı mümkün deyil. Biz Azərbaycanda məhz əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, qarşılıqlı həmrəyliyə, çoxkonfessiyalı dünyaya yönəlmiş ardıcıl siyasət yürüdürük və çoxmillətli dövlət olaraq öz ölkəmizin bütün vətəndaşları ilə fəxr edirik. Düşünürəm ki, bu, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi, sosial məsələlərin həlli və ölkənin inkişafı baxımından Azərbaycanın uğurlu inkişafının başlıca təməlidir", - deyə dövlət başçısı bildirib.
Xəbəri paylaş
7028 dəfə oxunub.
Digər xəbərlər

1-04-2016, 17:02
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq etdi
19-06-2017, 13:11
Bakıda bu marşurutlar 20 SAAT İŞLƏYƏCƏK
5-05-2018, 18:16
Həkim səhlənkarlığı daha bir can aldı - 2 yaşlı körpə öldü
2-11-2022, 11:04
Xərçəng, insult və infarktdan qoruyan, təzyiqi salan GİLƏMEYVƏ
24-07-2017, 16:49
Ər arvadını yatdığı yerdə öldürüb - Dəhşətli intiharın təfərrüatı + Foto
25-09-2015, 13:52
İran Azərbaycanla dəmiryolu şəbəkəsini birləşdirmək istəyir
15-10-2015, 14:18
Deputatla bağlı ilginc iddia
13-01-2018, 12:37
Cəbhədən SON XƏBƏR
3-10-2015, 16:38
Öncəgörücünü parodiya etdi – video
21-01-2023, 12:56
Cəlilabad rayon sakinləri etiraza qalxdı: Rafiq Cəlilov Elnur Azadxanovdan 10 min manat aldı, 5 min manatın Kərəm Həsənova göndərdi - VİDEO