İran Azərbaycanla dəmiryolu şəbəkəsini birləşdirmək istəyir
Tarix: 25-09-2015 | Saat: 13:52
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər
Müzakirələr aparılacaq.
Rəsmi Tehran İran Astarası ilə Azərbaycanın dəmiryolu şəbəkəsinin birləşdirilməsi istiqamətində səylərini davam etdirir.
Xəbəraz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi bildirib.
İran prezidentinin göstərişi əsasında gerçəkləşdirilən Rəşt -Astara dəmiryolu layihəsinin tikintisindən danışan M. Ə. Nəcəfi bu məsələdə Azərbaycanın öz dəmiryolunu 8 km uzatmağa razılaşdığını xatırladıb.
O, həmçinin, yaxın günlərdə İran tərəfindən Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin Azərbaycana səfərinin gözlənildiyini bildirib. Səfərin məqsədi İran Astrası ilə Azərbaycan dəmiryolu şəbəkəsini birləşdirilməsi ilə bağlı müzakirələr aparmaqdır.
M.Ə. Nəcəfi Astara şəhərində gömrük xidməti, dəniz limanı və xüsusi iqtisadi zonanın yaradılması istiqamətində işlərin davam etdirildiyini də qeyd edib. Onun sözlərinə görə, İran hakimiyyətinin siyasəti müxtəlif regionların potensiallarını nəzərə alaraq hərtərəfli inkişafın təmin edilməsinə yönəlib.
Xəbəri paylaş
5498 dəfə oxunub.
Digər xəbərlər

30-08-2018, 11:19
Qarajda boğulub ölən sevgililərlə bağlı YENİ TƏFƏRRÜAT
18-03-2016, 13:07
Sabah Bakıda işıqlar bir saatlıq söndürüləcək
5-01-2019, 18:10
Sobaya neft tökən qadın yanaraq can verdi-Zabratda
1-01-2016, 14:12
Paytaxtda ilin ilk uşağı qız oldu FOTO
15-12-2015, 13:54
Azərbaycanda qadınları satan kişi tutuldu
8-09-2021, 21:13
AZENCO "ASC şefi Faiq Ağayev iyulun maaşını hələ işçilərə ödəmir.
5-10-2017, 09:41
Lənkəran-Lerik yolu tamamilə bağlandı - FOTO
9-12-2022, 11:04
Bakıda yol üstündə DAVA - DSX-nin zabiti küt alətlə döyüldü
7-07-2015, 22:36
Gənc görünmək istəyən Xanımlar oxusun! - ÜSULLAR