Bu gün səhər prezident İlham Əliyev yanğın baş verən binada olub. (FOTO)
Tarix: 20-05-2015 | Saat: 15:50
Bölmə:M / Karusel / Siyasət / Hadisə / M2 | çapa göndər
Xeberaz.az xəbər verir ki, dövlət başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib. İ. Əliyevin iştirakı ilə baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib.
Dövlət başçısı hadisə zamanı həlak olanların ailələrinə bir daha başsağlığı verib. Hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Prezident yanğının nəticələrinin aradan qaldırılması üçün dövlət səviyyəsində görülən tədbirlərdən danışıb. Dövlət başçısı hadisənin baş verməsində təqsirli bilinən şəxslər barədə cinayət işinin qaldırıldığını və onların ciddi şəkildə cəzalandırılacağını deyib. İlham Əliyev bildirib ki, yanğının baş verməsinin ilkin versiyası binanın keyfiyyətsiz və oda davamsız materiallarla üzlənməsidir. Hazırda paytaxtda oxşar materiallarla üzlənmiş binaların kifayət qədər çox olduğunu diqqətə çatdıran dövlət başçısı Bakı Şəhər İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə oxşar materiallarla üzlənmiş binalarda ekspertizanın keçirilməsi, materialların tərkibinin öyrənilməsi, təhlükə olduğu halda həmin binaların üzlüklərinin dərhal sökülməsi barədə konkret göstərişlərini verib.
İlham Əliyev hadisə zamanı həlak olanların ailələrinə və yaralılara maddi təminat verilməsi, yanğına məruz qalmış binanın və mənzillərin tezliklə dövlət hesabına təmir edilməsi, mənzillərin ev əşyaları ilə təchiz olunması, yanğın zamanı məhv olmuş sənədlərin yenidən verilməsi və digər tədbirlərlə bağlı tapşırıqlarını verib.
Baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının üzvləri hadisənin səbəbləri və görülən işlərlə bağlı məlumat veriblər.
İlham Əliyev bir daha hadisənin dərindən araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlarını verib.
Xəbəri paylaş
7928 dəfə oxunub.
Digər xəbərlər

26-08-2023, 15:28
Yer yaxın bir neçə ildə özünü məhv edə bilər
5-10-2015, 13:23
8 yaşlı xalası oğlunu öldürmək istəyən qız hökmdən narazıdır
28-02-2023, 12:29
Zeynəb eşq yaşadığını açıqladı - “Həyatıma biri gəlib"
10-12-2016, 15:53
İki bacı arasındakı paltar davası ölümlə nəticələndi - FOTO
30-09-2016, 22:45
Anar Məmmədxanovun oğlu AFFA-da işə başladı
19-09-2015, 19:54
Türkiyə Kremllə razılaşdı: Suriya işi həll edilir
28-12-2021, 08:32
Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib
16-02-2016, 11:31
Rusiya İranı 100 Sukhoi Superjet təyyarələri ilə təciz edə bilər
20-12-2016, 11:19
Bakı sakini özünü gölə atdı - İntihar