8 yaşlı xalası oğlunu öldürmək istəyən qız hökmdən narazıdır
Tarix: 05-10-2015 | Saat: 13:23
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb.
Azərbaycanda xalası oğlunu öldürməyə cəhddə təqsirləndirilən 17 yaşlı Nərminə Şıxıyeva Ali Məhkəməyə müraciət edib.
Xəbəraz.az xəbər verir ki, APA-nın məlumatına görə, onun kassasiya şikayətinə oktyabrın 7-də baxılacaq.
Qeyd edək ki, Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Nərminə Şıxıyeva xalası oğlu 2006-cı il təvəllüdlü Həsən Mahir oğlu Vəliyevi bıçaqlayıb. Nərminə xalaoğlusuna çay kənarında 10 bıçaq zərbəsi vurub.
Hadisəni törətmiş Nərminə Şıxıyeva yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Araşdırmalar zamanı məlum olub ki, gənc qadın xalası oğlunu intiqam məqsədilə vurub.
Belə ki, bir müddət əvvəl Nərminə Şıxıyeva digər xalasının oğlu tərəfindən qaçırılıb. Onların yerini bilən Həsən Vəliyevin anası bu barədə polisə məlumat verib. Polis də, Nərminəni qaçıran oğlanı tutub. Bundan əsəbiləşən Nərminə Şıxıyeva xalasının evinə gələrək onunla dalaşıb. Bu zaman Həsən Vəliyev qapıya çıxıb. Nərminə də Həsəni götürüb və çay kənarına aparıb, orada onu bıçaqlayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Şıxıyeva 5 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi isə onun cəzanın yüngülləşdirilməsi barədə olan apellyasiya şikayətini təmin etməyib.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

12-02-2018, 22:21
İnstaqramda yeni funskiya istifadəyə verildi
31-01-2016, 01:48
Futbolçumuzda xərçəng aşkarlandı
7-05-2015, 20:55
Türklərə məxsus məscid yandırıldı
15-10-2015, 22:45
Avtoşlar mütləq oxusun- Yeni cəzalar
19-05-2017, 23:24
Xalın çoxdursa...
30-01-2017, 23:52
Ağdamda alpaqut döyüş sənəti üzrə seminar keçirilib
30-12-2016, 02:29
Qaldırdığı yükün altında qaldı - FOTO/VİDEO
11-01-2020, 13:43
Nərminin qatili həbs olunmaya bilər... - TƏFƏRRÜATLAR
24-01-2018, 17:50
13 yaşlı qız qaçırıldı-Qobustanda