Prezident Xaçmazdadır - FOTOLAR
Tarix: 08-09-2016 | Saat: 11:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gedib. "Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verib.
Daha sonra prezident İlham Əliyev sentyabrın 8-də Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.
Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, 4020 kvadratmetr sahəyə üzlük daş döşənib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.
Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan gümbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.
Tikinti ərazisində 250 kvadratmetr yaşıl mərmərdən, bayraq dirəyinin təməlində 70 kubmetr dəmir-betondan istifadə olunub.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

24-09-2016, 12:40
Nəğməkar şair Sevinc Şirin hansı tanınmış aktrisa ilə yeni layihə təqdim edəcək?– (FOTO+VİDEO)
12-06-2022, 10:36
Aqil M.Quliyevin etirafı: "Xoşbəxt günlərim həbsdə olub" - VİDEO
17-10-2019, 13:34
Vilayət Eyvazov generalı VƏZİFƏSİNDƏN AZAD ETDİ
14-04-2018, 19:12
Məsciddən oğurladığı pulu - peşman olub, geri qaytardı
5-11-2015, 00:37
Sevgilin səni gerçəkdən sevirmi? – Onu tanımağın yolları
20-06-2015, 16:21
Senyuk: “Uduzsam da, inanıram ki, həyat yoldaşım qazanacaq”
13-10-2015, 22:53
Türkiyədə növbəti qarşıdurma — 11 ölü
7-11-2017, 10:10
Xərçəng bu orqanda yarana bilmir. Niyə? – ARAŞDIRMA
7-01-2017, 18:37
Özcan Dəniz Azərbaycandan üzr istədi - Video