Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Senyuk: “Uduzsam da, inanıram ki, həyat yoldaşım qazanacaq”
Tarix: 20-06-2015 | Saat: 16:21
Bölmə:M / Karusel / M2 / Müsahibə | çapa göndər

Senyuk: “Uduzsam da, inanıram ki, həyat yoldaşım qazanacaq”
“Texniki səhvimə görə qələbəni əldən verdim. Müntəzəm atış həyata keçirsəydim, bəlkə də, bu cür nəticə əldə etməzdim”

Xeberaz.az Bu sözləri publika.az-a açıqlamasında kamandan oxatma üzrə kişilər arasında fərdi 1/32 seçmə mərhələsindən məğlub ayrılan Taras Senyuk deyib.

Lüksemburq təmsilçisi Cef Henkels ilə yarışda son mərhələyə qədər bərabər addımlayan Azərbaycan təmsilçisi 5-ci setdə 2 xalla rəqibinə uduzub.
O, məğlubiyyətinin səbəblərini belə açıqlayıb:

“Çox həyəcanlandım və son anda yaxşı atış həyata keçirə bilmədim. Deməzdim ki, mənim uduzduğum 2 xala görə komandamıza zərbə gələcək. Tamaşaçılara çox təşəkkürümü bildirirəm, onlar gəlib bizi dəstəkləyirlər”.

T.Senyuk Avropa Oyunlarının təşkilati işlərinin yüksək səviyyədə görüldüyünü deyib:

“Kamandan oxatanlar üçün yaradılmış şəraitdən bütün idmançılar razı qaldı. Atletlər Kəndindəki şəraitdən, qidalanmadan çox razıyıq”.

O, sabah 1/16 final mərhələsində qadınların fərdi yarışında yarışacaq həyat yoldaşı Olqa Senyukla bağlı proqnozunu da açıqlayıb:

“Mən uduzsam da, inanıram ki, həyat yoldaşım inamlı qələbə qazanacaq və növbəti mərhələyə keçəcək”.


Xəbəri paylaş

5758 dəfə oxunub.

Digər xəbərlər
14-05-2016, 00:04 Suyun qiyməti artırıldı

bütün xəbərlər
____ Instagram ___