Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putinin Ermənistanla bağlı bu şübhəsi var…
Tarix: 09-08-2016 | Saat: 09:54
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Putinin Ermənistanla bağlı bu şübhəsi var…

Putini bu gün narahat edən Ermənistandakı vəziyyətdir. Çünki Serj Sərkisyanın Ermənistandakı mövqeləri getdikcə zəifləyir.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi üç gün ərzində, üç müxtəlif yerdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsinin aparılacağı görüşləri şərh edib:

“Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli Bakı görüşündə daha çox “Şimal-Cənub” nəqliyyat dəhlizindən danışılacaq. Hər 3 ölkə dəmir yolu xəttinin işə düşməsində maraqlıdır. Çox qısa müddətdə layihənin tamamlanması planlaşdırılır. Azərbaycan prezidentinin rusiyalı həmkarı ilə ikitərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılacaq. Ancaq apreldən bu yana hadisələrin inkişafı göstərir ki, münaqişənin həllinin birinci addım kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması şərtdir. Bu məqsədlə Putinin Sərkisyana təsir etmək fikri yoxdur.

Avqustun 9-da Sankt-Peterburqda baş tutacaq Putin-Ərdoğan görüşündə iqtisadi və ticarət əlaqələrinin bərpasından tutmuş, vizaların yenidən ortadan qaldırılması, turizm, “Türk axını” və Türkiyədə nüvə elektrik mərkəzinin tikintisinə qədər olan mövzular müzakirə ediləcək. Putinlə Ərdoğan Dağlıq Qarabağla bağlı qısa fikir mübadiləsi aparacaq. Halbuki Türkiyə-Rusiya yaxınlaşması Cənubi Qafqazda müsbət siyasi atmosfer yaratmalıdır”.

Politoloq Putinin Sərkisyanla Moskvada baş tutacaq görüşündən də söz açıb:

“Putin Moskvada Sərkisyanı Əliyevlə görüşünün təfərrüatları haqqında məlumatlandıracaq. Ancaq Putini bu gün daha çox narahat edən Ermənistandakı vəziyyətdir. Çünki Serj Sərkisyanın ölkədəki mövqeləri getdikcə zəifləyir. Ermənistanın qarışa bilməsi faktoru Putini narahat edir. Moskvada belə bir şübhə var ki, Ermənistanı da kənar qüvvələr, o cümlədən ABŞ qarışdırır. Ona görə də Putin Sərkisyanla Ermənistandakı vəziyyəti müzakirə edəcək.

Beləliklə, 8, 9 və 10 avqust görüşlərinin əsas iştirakçısı Vladimir Putindir. Hər üç görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılsa da, bu münaqişənin həllində ciddi irəliləyişə səbəb olmayacaq”.

Qeyd edək ki, Putin avqustun 8-də Bakıda Prezident İlham Əliyevlə bir araya gəlib, avqustun 9-da Sankt-Peterburqda Türkiyə Prezidenti Ərdoğanla görüşəcək, avqustun 10-unda isə Moskvada Sərkisyanı qəbul edəcək.


Xəbəri paylaş

6318 dəfə oxunub.

Digər xəbərlər
24-02-2016, 10:02 Bu gün hava dəyişəcək

bütün xəbərlər
____ Instagram ___