Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gəlinim gənc oğlanla sevişirdi" - 16 yaşlı gəncə AĞIR CƏZA
Tarix: 06-07-2017 | Saat: 12:34
Bölmə:Karusel / Hadisə | çapa göndər

 
Bakıda anasının öldürməkdə ittiham olunan 16 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
 
Söz dövlət ittihamçısına verilib. Prokuror Maarif Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.Zərərçəkən şəxsin hüquqi varisi  Eldar Əliyev isə Maarif Əliyevə daha yüngül cəza verilməsini istəyib.
 
Maarif Əliyev də son söz deyərək əməlindən peşman olduğunu deyib.
 
Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Maarif Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
 
Xatırladaq  ki, Maarif Əliyevin babası Maarif Əliyev cinayət işi üzrə şahid qismində ifadə verib. O bildirib ki, Mədinənin böyük oğlu internetə girərkən anasının əsgərlikdən yeni gəlmiş gənclə söhbətləşdiyini görüb: "Oğlanı tanımırıq, sonradan şəklini görmüşük. Gəlinim oğlanla sevişirmiş. Oğlan nə deyibsə, bu da deyib ki, mən də səni sevirəm. Deyib ki, Sabunçuda nənəmgilə gələcəm, sən də gəl ora, söhbət edərik. Bunu da Mədinənin oğlu eşidib. Atəş açılanda heç birimiz səsi eşitməmişik. Hamımız evdə olmuşuq".
 
Qeyd edək ki, qətl ötən ilin dekabrın 18-də Sabunçu rayonun Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb.
 
Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib.
 
Daha sonra Maarif Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.
 
İfadə verən Maarif Əliyev qətli namus üstündə törətdiyini bildirib.
 
 
Qeyd edək ki, Mədinə Qurbanovanın 4 övladı var. Maarif Əliyev onun ortancıl oğludur.
 
Maarif Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

(lent.az)



7148 dəfə oxunub.

Digər xəbərlər
18-08-2015, 20:09 Bürclər - 18 avqust

bütün xəbərlər
____ Instagram ___