Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
DYP-dən bayram günlərində yola çıxanlara xəbərdarlıq
Tarix: 6-07-2016, 14:00 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

 DYP-dən bayram günlərində yola çıxanlara xəbərdarlıq

Vaqif Əsədov: “Qaydalara əməl edin ki, bədbəxt hadisələr baş verməsin”
“Bayram günlərində həm sürücüləri, həm də piyadaları yol hərəkəti qaydaların əməl etməyə çağırıram. Nizam-intizama riayət etməklə hadisələri sıfıra endirə bilərik”. Bu sözləri Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirib. DYP sözçüsü ictimaiyyətə çağırış edərək bayram günlərində ehtiyatlı olmağa səsləyib və yol polisinin də gücləndirilmiş iş rejimində olacağını vurğulayıb:

“Təhlükəsizliyin təmin edilməsi Dövlət Yol Polisi əməkdaşlarının ən önəmli vəzifəsidir və bu istiqamətdə zəruri tədbirləri mütəmadi həyata keçiririk. DYP əməkdaşları həm adi günlərdə, həm də bayram günlərində yol-qəza hadisələrinin qarşısının alınması üçün çalışır. Nəzarəti gücləndiririk ki, bədbəxt hadisələrin sayını aşağı salaq. Ən azından bu bayram günlərində paytaxtdan kənarda, bölgələrə doğru hərəkətin artdığını nəzərə alıb həmin ərazilərdə nəzarəti gücləndirəcəyik. Sürət həddinin aşılmasına, sükan arxasında mobil telefonla danışmağa, diqqəti yayındıra biləcək sair əməllərin edilməsinə qarşı tədbirlərimizi davam etdirəcəyik”.

Sürücülərə səslənən Vaqif Əsədov onları sürət həddini aşmamağa çağırıb:

“Mən fürsətdən istifadə edib sürücülərə səslənirəm ki, bu bayram günlərində bölgələrə, Bakı ətrafındakı bağ evlərinə gedərkən sürət həddinə fikir verin, ara məsafəsinə diqqət yetirin, diqqəti yayındıra biləcək hərəkətlər etməyin. Yol ayrıclarını keçərkən mütləq diqqətli olun, tələsməyin və qarşı hərəkət zolağına çıxmağın təhlükəli olduğunu nəzərə alın. Sürücülər nəzərə alsınlar ki, qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürət həddinin aşılması ilə bağlıdır.

Piyadalar da yalnız onlar üçün ayrılmış yolla hərəkət etməlidirlər, yolu keçərkən piyada zolaqlarından, keçidlərdən istifadə etməlidirlər. Piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətini nəzərə almalıdırlar. Unutmaq olmaz ki, «yol hərəkəti haqında» Qanunun 40-cı maddəsi piyadaların vəzifələrini müəyyən edir. Bu mənbənin tələbi pozulduqda piyadalar məsuliyyətə cəlb edilir. Əminliklə deyə bilərəm ki, nizam-intizama əməl etməklə hadisələri sıfıra endirə bilərik.

Yay mövsümündə yaxşı olar ki, sürücülər xüsusi kondisioner sistemi olan avtomobillərdə hərəkət etməyə üstünlük versinlər".

1968 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___