Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Emin Hüseynov ölkədən qaçdı
Tarix: 13-06-2015 | Saat: 18:20
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Emin Hüseynov ölkədən qaçdı
RATİ rəhbərinin İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri, 10 aydan çoxdur İsveçrənin Azərbaycandakı səfirliyində gizlənən Emin Hüseynov səfirliyi tərk edərək İsveçrəyə gedib.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, Emin Hüseynov bu gün səhər səfirliyin binasından çıxarılıb və İsveçrə Xarici İşlər Nazirliyinin yüksək rütbəli diplomatı Didye Burkhalterin təyyarəsi ilə ölkədən çıxarılıb.

Nazirliyin sözçüsü Jan-Mark Crevoiser bildirib ki, Emin Hüseynov hazırda Berndədir, İsveçrədə qalmaq üçün sentyabr ayına qədər vizası var və vizanın müddətinin başa çatmasından sonra bu ölkədən siyasi sığınacaq almaq üçün müraciət etmək hüququna malikdir.

İsveçrə XİN rəsmisi Emin Hüseynovun hazırda KİV-ə açıqlama vermək istəmədiyini bildirib.

İsveçrə Federal Xarici İşlər Departamentinin verdiyi rəsmi məlumata əsasən, Emin Hüseynovun Bakıdan çıxarılması Azərbaycan hakimiyyəti ilə uzun müddətdir aparılan danışıqların nəticəsidir.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___