Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan Səhiyyəsinə etimad itib
Tarix: 05-07-2016 | Saat: 11:27
Bölmə:M / Karusel / Səhiyyə / Xəbəraz-ın debatı | çapa göndər

Azərbaycan Səhiyyəsinə etimad itib



Azərbaycan səhiyyəsinə inam və etimad itib. Bu etimadı geri qaytarmaq üçün neçə belə illər səhiyyə sistemində islahatlar aparılmalıdır. Artıq Səhiyyə Nazirliyinin işlək vəziyyətdə olmadığı, oradakıların hansı işlərlə məşğul olduğu məlum deyil. Səhiyyə sistemində xəstələrə qarşı baş alıb gedən hörmətsizlik, bəzən heç nədən insan ölümləri ilə nəticələnən hallar artıq Prezident Administrasiyasında, Nazirlər Kabinetində müzakirə olunur. Hər gün ana və uşaq ölümləri , cərrahiyə əməliyyatlarından sonra KİV-də yer alan məlumatlar bir daha sübut edir ki, artıq bu sahəyə nəzarət yoxdur. Açığı, vəziyyət o həddə çatıb ki, Azərbaycan səhiyyəsindəki nöqsanlı hallarla bağlı xarici mətbuat da yazır. Misal üçün, bu yaxınlarda pasiyentin xəstə ayağının yerinə sağlam ayağının amputasiya edilməsini yüzə yaxın xarici mətbuat yaydı. Belə olan təqdirdə hansı xarici vətəndaş Azərbaycana üz tutar, sağlamlığının keşiyində dayanılması üçün Azərbaycan həkimlərinə müraciət edər. Bu fikir o anlama gəlməməlidir ki, Azərbaycanda həkim kontingenti yoxdur. Azərbaycanda elə həkimlər var ki, Türkiyədən, İsraildən, ABŞ-dan, Avropanın inkişaf etmiş ölkələrindən onlara zəng edilir, müəyyən məsləhətlər alınır. Təssüflər olsun ki, bu müəyyən bir kəsimdir. 3-5%-dən artıq deyil. Elə Azərbaycan səhiyyəsinin və səhiyyədə çalışan 90% həkim kontingentinin biabırçılıqlarını vicdanı ilə, şərəfi ilə xalqına xidmət edən həkimlərin ayağına yazmaq da düzgün deyil. Ümumilikdə “Azərbaycanda həkim yoxdur” fikrini işlətmək də doğru deyil. Azərbaycan səhiyyəsinin problemli vəziyyətinə 3-5% savadlı həkim korpusu da acıyır. Onlar yaxın gələcəkdə Azərbaycan səhiyyəsinə etimadın yüksək faizlə yüksəlməsini istəyirlər. Amma bu istəyi həyata keçirmək üçün mütləqdir ki, Azərbaycan səhiyyəsində köklü islahatlar aparılsın. Səhiyyə naziri düşünməyə vadar edilsin, ehtiyacdırsa, o digər şəxslə əvəzlənsin. Təbii, bu bizim subyektiv fikrimiz olsa da, həqiqi anlamda Azərbaycan ictimaiyyəti Səhiyyə naziri Oqtay Şirəliyevin kadr siyasətini bəyənmir, səhiyyədə bir sistemsizliyin olduğunu bəyan edir. Artıq belə fikirlər gizlədilmir, mətbuata belə açıq söylənilir. Məsələn, fikirlər var ki, Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) direktoru Elmar Qasımov Azərbaycan səhiyyəsinə rəhbərlik edərsə, vəziyyət bir neçə dəfə bundan yaxşı olar. Çünki, onun MOM-da yaratdığı nizam-intizam, savadlı həkimlərin orada cəmlənməsi və onlara işləmələri üçün normal şəraitin yaradılması nümunə kimi göstərilir.

Faktinfo.az

P.S. Ana və uşaq ölümlərinə səbəb olan başlıca amillərlə bağlı yazını yaxın günlərdə Faktinfo.az saytında oxuya bilərsiniz.
Faktinfo.az



6258 dəfə oxunub.

Digər xəbərlər
18-08-2022
bütün xəbərlər
____ Instagram ___