Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Allahın razı qaldığı işlər
Tarix: 12-03-2015 | Saat: 10:42
Bölmə:Karusel / İbadət | çapa göndər

Allahın razı qaldığı işlər

Əbu Hüreyrə (r) Rəsulullahın (s) belə buyurduğunu demişdir: “Allah sizin üç işinizi xoşlayır, üçünü isə pisləyir. Allaha ibadət edib Ona heç bir şeyi şərik qoşmamağınızı, Allahın ipindən hamılıqla yapışmağınızı və təfriqəyə düşməməyinizi xoşlayır. Sözgəzdirənlik etməyinizi, çoxlu sual verməyinizi və mal-dövləti israf etməyinizi pisləyir.” Müslim rəvayət etmişdir. 1

«Hədisin şərhi»

Hədisdə Allahın xoşlamaq və pisləmək sifətləri, bu sifətlərlə əlaqəsi olan əməllər öz təsdiqini tapmışdır. Həqiqətən də böyük Allah Öz səxavəti ilə qulları üçün onların dünya və axirətdə xeyirlərinə olan işləri xoşlayır.

Allahın xoşladığı işlər şəriki olmayan tək Allaha boyun əymək, dini ixlasla Ona aid etməkdir. Bu da insanların iman və onun əsaslarını etiqad etmələri, İslamın gizli və aşkar qayda-qanunlarını, saleh əməlləri və əxlaq normalarını yerinə yetirmələri ilə həyata keçir. Onlar bütün bunları ixlasla, Allahın razılığına müvafiq surətdə, eləcə də Rəsulullahın (s) Sünnəsi üzrə icra etməlidirlər. İnsanlar Allahın ipindən möhkəm yapışmalıdırlar. Bu ip, Allah ilə qulları arasında vasitədir. Onlar xeyirxah və təqvalı işlərdə bir-birlərinə kömək edərək hamılıqla dinə riayət edib Allahın ipindən tutmalıdırlar. Rəsulullah (s) buyurmuşdur: “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, köməksiz qoymaz, yalançı saymaz və təhqir etməz.” 2 Əksinə onu sevər, ona qarşı səmimi olar və köməyində dayanar.

Bu və irəlidə qeyd olunan əsasla din kamilləşir və müsəlmanlara verilən nemət tamamlanır. Allah bununla onlara izzət verir və kömək edir. Çünki onlar Allahın əmr etdiyi bütün vəsilələri yerinə yetirirlər. Allah bunları yerinə yetirənə kömək edəcəyinə, səbat, uğur, dünya və axirət xoşbəxtliyi verəcəyinə dair zəmanət verir.

Sonra Allahın qulları üçün nəyi xoşlamadığını xatırlatdı. Belə işlər Onun sevdikləri ilə bir araya gələ bilməz. Bunlardan biri sözgəzdirənlik etməkdir. Bu iş insanı yalana, zənnə və əsassız fikirlərə bağlayır. Elə fitnələrin düşməsinə, qəlblərin nifrətlə dolmasına və xeyirli işləri qoyub zərərli işlərlə məşğul olmağa səbəb, bu amildir. Sözgəzdirənlik etməyi xoşlayan çox az insan bu zərərdən yaxa qurtara bilər.

“çoxlu sual verməyinizi (və ya istəməyinizi)” Buraya məzəmmət olunan suallar daxildir. Məsələn, ehtiyac olmadığı və zəruri sayılmayan halda dünya malından nəyisə istəmək. Həmçinin zərərindən ehtiyat edilən və ya faydasız işlərlə bağlı zəhlə tökən sualların verilməsi də bura daxildir. Bütün bu sadalananlar barəsində uca Allah belə buyurur: “Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın...” ("Maidə" surəsi, 101).

Haqqa yönəlmək üçün faydalı elmlər barədə soruşmaq tərifəlayiq və tələb olunan işdir.

“mal-dövləti israf etməyinizi” Əmlakın mühafizəsiz qalması, oğurlanması, baxımsız qalması, zərərli və faydasız işlərə istifadə edilməsi və digər səbəblərdən itirilməsi bura aiddir. Bütün bunlar malın tələf edilməsi hesab edilir. Malın azyaşlı uşağa, səfehə, dəliyə və digər bu kimi adamlara tapşırılması da onun israf edilməsi hesab olunur. Çünki uca Allah mal-mülkü insanların dini və dünyəvi tələblərinin həlli üçün vasitə etmişdir. Bu nemətin tamamı yaradıldığı qayə üçün: dini və dünyəvi mənfəətlərə sərf edilməsindədir.

Allah qulları üçün xoşlamadığı işlərin əksini xoşlayır. Allah istəyir ki, onlar dedikləri hər sözü dəqiq bilsinlər, eşitdikləri hər sözü danışmasınlar və doğruluğa can atsınlar. Yalnız faydalı işlər barədə soruşsunlar, mallarını qorusunlar, lazımi tədbir görüb düzgün istiqamətdə sərf etsinlər. Uca Allah buyurur: “Allahın sizə dolanmaq ünün bəxş etdiyi malları (və ya Allahın sizi üzərində qəyyum təyin etdiyi yetim malını) səfehlərə (ağılsızların əlinə) verməyin...” ("Nisa" surəsi, 5).

Dünyada da, axirətdə də həmd Allaha məxsusdur. Allah daha doğrusunu bilir.


Xəbəri paylaş

1 0398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___