Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“O tatuajı elə düşüncəsinə, başına “döydürsün” ki, həyata düzgün baxa bilsin”.
Tarix: 07-05-2015 | Saat: 16:20
Bölmə:M / Karusel / Gündəm / M2 / Fotogalereya | çapa göndər

“O tatuajı elə düşüncəsinə, başına “döydürsün” ki, həyata düzgün baxa bilsin”.

Azərbaycanda hərbi xidmətə çağırış yaşı çatmış gənclərlə bağlı maraqlı fakt ortaya çıxıb. Məlum olub ki, bədəninin müxtəlif nahiyələrində tatuaj etdirən hərbi xidmətə çağırış yaşlı gənclər məhz buna görə Psixiatriya Xəstəxanasında məcburi müayinəyə cəlb olunurlar.

Xeberaz.az xəbər verir ki, məsələylə bağlı araşdırma aparan Modern.az saytına çağırışçılarla bağlı bu faktı rəsmi qurumlardan da təsdiqləyiblər.

Rəsmi məlumata əsasən, çağırış zamanı hərbi komissiyanın həkim mütəxəssisi ehtiyac olduğu təqdirdə bədənində tatuajı olan çağırışçını müayinəyə göndərir.

“Həmin müayinənin nəticəsi olaraq da şəxsin hərbi xidmətə yararlı olub-olmadığı müəyyənləşir. Çünki, tatuaj (tatu, döymə) bədənə xəsarət yetirməkdir”-deyə hərbi mənbədən vurğulanıb.

Hərbi mənbədən bildirilib ki, bunun psixoloji tərəfləri çoxdur: “Hətta tatunun altında müxtəlif kəsikləri gizlətmək olur. Elə tatu var ki, insanın kimliyini göstərə bilir. Həmçinin, psixiatrik müayinəyə cəlb edilmək xəstə olmaq demək deyil”.

Aidiyyatı məsələ olduğundan psixoloq Elnur Rüstəmov deyib ki, tatuaj etdirən insanların əksərən müəyyən ruhsal problemləri olur:

“Tatunun kökünə baxsaq görərik ki, o, nişandır. Məsələn, əvvəllər həbsxanada olanlar, dəniz quldurları bu işarələrlə bir-birini tanıyıb, informasiya daşıyıcısı kimi tatunun növündən kimin kim, nəçi olduğunu öyrəniblər. Sonralar isə insanlar tatudan seçilmək, fərqli görsənmək üçün istifadə etməyə başladılar.

Məsələ burasındadır ki, bu gün ən çox tatuaj etdirənlər yeniyetmələrdir. Yeniyetmə isə gündə bir fikrə düşə bilər. Kimisi fərqli görsənmək, seçilmək üçün, kim isə başqa bir səbəbdən tatuaj etdirirsə, mütləq onların ruhsal narahatlığı var. Bu mənada yaxşı olar ki, həmin şəxslər mütləq müayinədən keçsin”.

Ekspert Azərbaycanda hərbi çağırış zamanı tatuaja xüsusi diqqət yetirildiyini vurğulayıb:

“Bəli, Azərbaycan hərbi sistemində hərbi qulluğa çağırış prosesində tatuaja fikir verilir. Hətta hərbi xidmət zamanı da tatuaj etdirən əsgərlər olur ki, onlar da hərbi hissədə xüsusi nəzarətə götürülür. Tatuaj etdirmək şükürlər olsun ki, Azərbaycan Silahlı Qüvvələrində çox az müşahidə edilən haldır, yəni, əvvəlki dinamikada deyil. Ancaq bütün hallarda mən düşünürəm ki, tatuaj etdirənlərin psixolji və psixiatrik müayinədən keçməsi yaxşı olar. Çünki, son dövrlər xanımlar arasında da tatuaj etdirənlər çoxalıb. Xüsusilə kustar üsulla edilən tatuajlar yolverilməzdir”.

Elnur Rüstəmov tatuaj edilən məkanlarda psixoloq kabinetlərinin yaradılmasının tərəfdarı olduğunu deyib:

“Bakının müxtəlif yerlərində tatuaj edən salonlar fəaliyyət göstərir. Biz zamanında təklif etmişdik ki, həmin salonlarda psixoloq kabineti olsun, tatuaj etdirmək istəyən şəxs ilk olaraq müayinədən keçsin. Əksər tatuaj etdirənlər mütləq nədənsə əziyyət çəkir: alkoqolizmdən, yaxud digər asılılıq yaradan vərdişlərdən. Dolayısıyla bunların problemi olur.

Əksər tatuaj etdirənlər sonra peşman olur. Dəfələrlə olub ki, insan tatuaj etdirib, sonra silmək istəyir, bunu edə bilməyəndə də yeni bir sarsıntı keçirir. Bəzən qollarda edilən tatuaj səbəbiylə insan qısaqol geyim geyinə bilmir, yaxud qızın adın əlinə yazıb, indi ondan ayrılıb, başqa birini sevir. O adı silə bilməməsi əlavə ruhsal narahatlıq, yeni münasibətlərdə problemlər yaradır. Axı hansı qız istəyər ki, oğlanın əvvəlki sevgilisinin adını onunqolunda görsün...
Qola, biləyə ad döydürməklə sevgi bilinməz... Sevgini başqa cür bildirmək olar”.

Psixoloq eyni zamanda insanların istəklərinə qarşı olmadığını da dilə gətirib:

“Biz insanların istəklərinə qarşı deyilik. Sadəcə, bir istək müəyyən müddətdən sonra narahatlıq yaradacaq, əzab verəcəksə, bunu düşünüb etmək yolunda israrlıyıq. Şəxsiyyətə qarışmaq psixoloq və ya psixiatrın işi deyil.

Düşünürəm ki, valideynlər daha diqqətli olmalı, övladında belə bir halı gördüyü zaman bunu gizlətmək yox, müayinə etdirməlidir. Bəzi salonlar var ki, qalıcı deyil, keçici tatuaj da edir. Biz onu da təqdir etmirik.

İnsan tatuajla həyatında dəyişiklik edə bilməz. O tatuajı elə düşüncəsinə, başına “döydürsün” ki, həyata düzgün baxa bilsin”.



2 3028 dəfə oxunub.

Digər xəbərlər
8-06-2017, 13:04 Hərrac başa çatdı

bütün xəbərlər
____ Instagram ___