Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu Avropa ölkəsi qərarını dəyişdi: Sərhədlər açılmır...
Tarix: 19-05-2020 | Saat: 08:50
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat / Gündəm / Dünya | çapa göndər


Sloveniya hökuməti Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün sərhədlərin açılması ilə bağlı ötən həftənin cümə günü verdiyi qərarı ləğv edib.
"Xeberaz.Az" xəbər verir ki, mayın 18-də Sloveniya hökuməti sərhədlərin mərhələli şəkildə açılacağını elan edib.
Hökumətin yeni qərarında bildirilir ki, Sloveniya ərazisinə yalnız qarşılıqlı texniki razılaşmalar əldə edilmiş Aİ ölkələrinin vətəndaşları məhdudiyyətsiz şəkildə daxil ola bilərlər. Belə bir razılaşma olan ölkələrin siyahısı isə hazırlanır.
Yeni qərarda qeyd edilir ki, Sloveniya ərazisində daimi yaşayış icazəsi və ya daşınmaz əmlakı olmayan, eləcə də ölkədən tranzit səfərlər üçün istifadə etməyən Aİ vətəndaşları ölkəyə daxil ola bilməzlər. Sloveniya sərhəd polisinin rəhbəri Melita Moçnik mətbuat konfransında bildirib ki, əcnəbi vətəndaşların ölkə ərazisinə yalnız tutarlı səbəblər əsasında, məsələn, tibbi müayinə və ya müalicə ilə əlaqədar səfər etməsi mümkündür.
Koronavirusa qarşı mübarizə üzrə hökumət sözçüsü Yelko Kaçin isə bildirib ki, qonşu və digər ölkələrlə sərhədlərin açılmasında qarşılıqlılıq prinsipi əsas götürüləcək.


Xəbəri paylaş

7548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___