Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Baş nazirin müavini: "İrəliləyişlər var"
Tarix: 28-05-2016 | Saat: 13:31
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Baş nazirin müavini: "İrəliləyişlər var"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün aparılan diplomatik danışıqlarda irəliləyişlər müşahidə olunmaqdadır.

Report-un xəbərinə görə, bunu mayın 28-də cəbhə bölgəsində yerləşən Tərtər rayonuna səfər edən Azərbaycan baş nazirinin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan münaqişənin dinc yolla həll olunmasının tərəfdardır:

“Prezident İlham Əliyev bununla bağlı dövlətin, xalqın və şəxsən prezident olaraq özünün mövqeyini dəfələrlə bəyan edib. Biz münaqişənin dinc yolla, işğala son qoyulmasının qan tökülmədən olmasını istəyirik və buna tərəfdarıq. Amma bir şərtlə ki, Azərbyacanın işğal olunmuş torpaqları qeyd-şərtsiz işğaldan azad olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Əgər bu şərtlər daxilində münaqişə həll olunmasa təbii ki, problemi həll edən başlıca amil Azərbycan Ordusu və bizim qəhrəman əsgərlərimiz olacaq”.

Baş nazirin müavini vurğulayıb ki, xüsusi ilə aprel hadisələrindən sonra Azərbaycanın hər bir vətəndaşı inanır və qəti əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməyə qadirdir: “Azərbycan əsgəri bu qüdrətə və şücaətə malikdir. Hesab edirəm ki, Azərbaycan torpaqlarının işğaldan azad olunacağı gün uzaqda deyil”.

Ə.Əhmədov hesab edir ki, münaqişənin həllində ən başlıca amil xalqın əhval rühiyəsi və Azərbycanın qəhrəman əsgərlərinin şücaətidir: “Bunun sayəsində biz bu Dağlıq Qarabağ münaqişəsini həll etməyə qadir olduğumuzu göstərməyə hazırıq. Bu gün cəbhə bölgəsini gəzərkən və burada hərbçilərimizlə söhbət edərkən bir daha əmin oldum ki, həqiqətən bizim əsgərlərimiz bu şücaəti göstərməyə hazırdılar və Ali Baş Komandan əmrini gözləyirlər”.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___