Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır (FOTO)
Tarix: 29-06-2015 | Saat: 18:48
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 / Foto-fakt / Araşdırma | çapa göndər

Cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır (FOTO)

2015-ci ilin may-iyun aylarında Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində törədilən yanğınların "Azersky" peyki vasitəsilə aparılmış monitorinqinin nəticələri açıqlanıb.

Xeberaz.az xəbər verir ki, "Azərkosmos" ASC-dən ANS PRESS-ə verilən məlumata görə, cəbhə boyu Ermənistan silahlı birləşmələrinin təxribatları yalnız atəşkəs rejimini pozmaqla yekunlaşmır. Belə ki, mütəmadi olaraq işğal altında olan ərazilərimizdə irimiqyaslı yanğınlar törədilir. Bu il də havaların istiləşməsi və məhsul yığımı dövrünün başlaması ilə qarşı tərəf yenidən cəbhə boyu ərazilərdə silsilə yanğınlar törətməyə başlayıb.

Azərbaycanın ilk məsafədən müşahidə peyki olan və yüksək ayırdetmə qrupuna daxil olan "Azersky" peykinin geniş tətbiq imkanlarından biri də çox qısa müddət ərzində və yüksək dəqiqliklə bu yanğınlar üzərində monitorinq aparmaq və dəymiş ziyanın hesablanması üçün dəqiq baza yaratmaqdır. Yanğınlar başlayan vaxtdan etibarən operativ olaraq "Azersky" peyki vasitəsilə əksər yanğın bölgəsi üzərində monitorinqlər aparılıb, yanğınların müntəzəm olaraq genişlənmə və yayılma istiqamətləri izlənilib.

"Azersky" peykindən əldə olunmuş təsvirlərin təhlilindən aydın olur ki, monitorinq aparılmış bölgələrdə yanmış ərazilərin ümumi sahəsi təxminən 700 km2 təşkil edir. Yanğın nəticəsində ətraf mühitə, o cümlədən ərazinin yaşıl kütləsinə ciddi ziyan dəyib.

Təmas xətti boyunca yanğın baş vermiş ərazilərin ümumi analizi və işğal altında olan Cəbrayıl rayonu ərazisində baş vermiş yanğının analizini əks etdirən görüntüləri təqdim edirik:



Xəbəri paylaş

9818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___